Türkiyəli müğənni Hadisə "Küçük bir yol" mahnısının trenddə ilk sırada yer alması ilə bağlı paylaşım edib.
Axşam.az xebər verir ki, sənətçi ağladığı zaman lentə aldığı fotoya "Bu şəkli mahnını ilk dinlədiyimdə çəkmişdim. Hönkür-hönkür ağlamışdım. "Mənə bu qədər təsir etdisə, dinləyənlər nələr hiss edər" demişdim. Mahnını səsləndirənlər hamınızı görürəm. Bir mahnı ilə sizinlə belə münasibət qura bilmək nə gözəldir" qeydini yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.