banner
banner

Gündəm

Jurnalistlər tam heyətlə nə vaxt işə çıxır?

Jurnalistlər tam heyətlə nə vaxt işə çıxır?

Mart ayında-Azərbaycanda koronavirusla bağlı yoluxma sayının ən yüksək vaxtlarında baş nazir Əli Əsədov dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə məktub ünvanlamışdı. Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar var idi. Sadalanan bu tapşırıqlar arasında 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiq edilməsi  və digər bu kimi tövsiyələr daxil edilmişdi. Bəs görəsən, indi yoluxma sayının aşağı düşdüyü zaman, eyni zamanda sərt karantin rejiminin yumşaldılmasından sonra vəziyyət dəyişəcəkmi? 

Sualımızı ölkəmizdə fəaliyyət göstərən bir neçə media nümayəndələrinə də ünvanladıq. 

https://cdn.musavat.com/news/thumbnails/e67bac0a24ce5a9e6f319e4b0c46cfe5.jpg

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bildirib ki, bununla bağlı hələlik qəti fikir yoxdur: “Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Ölkədə bütün müəssisələrdə iş yerləri açılacaqsa, bütün qadağalar götürüləcəksə, o zaman biz də redaksiya olaraq tam heyətlə işə çıxacağıq. Hələ ki bu ayın axırına qədər qadağalar qalır, oktyabrın 1-dən sonra nə qərar veriləcəksə, ona müvafiq olaraq işimizi quracağıq. Əgər təhlükə sovuşacaqsa, onda təbii ki, işimizi davam etdirəcəyik. Əgər qadağalar, yaxud sərtləşdirmələr yenə də olacaqsa, buna uyğun olaraq qərar verəcəyik”. 

Vüsal Məmmədov: "AzVision öz fəaliyyəti ilə göstərib ki, əslində ciddi  media həyatı necə əks etdirməlidir" - MÜSAHİBƏ » Azxeber.com Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azvision.az saytının baş redaktoru Vüsal Mamedov qeyd edib ki, metro açılandan sonra kollektivin çox hissəsi işə çıxmağa başlayıb: “Amma Sumqayıtdan gələnlər nəqliyyat probleminə görə hələ də evdən işləyirlər. Başqa kimin nəqliyyatla bağlı problemi varsa, onlara da vəziyyət düzələnə qədər güzəşt etmişik”.

Pərvin Abbasov: “Heç vaxt məşhurlaşmaq dərdim olmayıb”

“Report” İnformasiya Agentliyinin redaktoru Pərvin Abbasov isə deyib ki, pandemiya dövründə əksər işçilər evdən onlayn qaydada çalışıblar: “Həmin müddətdə ofisdən işləyən əməkdaşlarımız da var idi. Sonra da məzuniyyətlər başladı. Hazırda işçilərimizin əksəriyyəti ofisdən işləyir”. 

“Teleqraf” Media Qrupun əməkdaşı Aysel Azadın sözlərinə görə,  pandemiyanın yüksək olduğu zaman “Teleqraf ”Media Qrupunun işçiləri evdən iş rejiminə keçid edib: “Evində kompüteri olmayan əməkdaşlar işdən kompüter və datakartla təmin olundu. Bu müddət ərzində redaksiyadan istisna hallarda çalışanlar da olub. Sərt karantin rejimi yumşalandan sonra tədricən işə çıxmağa başladıq. Sosial təcrid qaydalarına riayət etdiyimizdən koronavirusa yoluxma halları da olmadı. Hazırda növbəli iş qrafiki ilə redaksiyadan əvvəlki qaydada fəaliyyətimizi bərpa etmişik. Ofis daxilində sosial məsafəni saxlamaqla maskadan istifadə edirik”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla da əlaqə saxladıq. O, bununla bağlı hər hansı yeniliyin olmadığını bildirdi. 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.