Mənsur Məmmədov özünə aid ticarət mərkəzlərində süni qiymət artımına gedib. Tia.az-a yerli sakinlərin verdiyi xəbərə görə, icra başçısının şəxsi super-marketləri var. Bu mağazalarda bahalaşma müşahidə olunur. Sakinlər də narazılıq edirlər. Prezident Nazirlər Kabinetində keçirilən son iclasda deyib ki, süni bahalaşmaya imkan verilmədi. Amma icra başçısının mağazaları istədiyini etməkdədir. Həmin mağazalar M.Məmmədova aid olsa da, ayrı-ayrı sahibkarlar tərəfindən idarə olunur. Göyçayın icra başçısı Mənsur Məmmədov Ucara, Ucarın icra başçısı Yaşar Məmmədov isə Qubaya icra başçısı təyin edilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.