banner
banner

Gündəm

İntihar edən Naidə İsayevanın atası və qardaşı - ŞOK FAKTLAR AÇIQLADILAR

İntihar edən Naidə İsayevanın atası və qardaşı -

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın haqqında deyilənlər həqiqəti əks etdirmir.

Bu barədə Naidə İsayevanın atası, Qarabağ qazisi Namiq İsayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qızı sakit, tərbiyəli və ailəyə bağlı biri olub. Məktəbdə də onun xətrini çox istəyiblər.

“İndicə prokurorluqdan çıxdıq. Baş verənləri danışdıq. Sosial şəbəkələrdə ağıllarına gələni yazırlar. Onun adından başqa-başqa şeylər paylaşıblar. Ailədə də heç bir problem olmayıb”, – deyə Namiq İsayev bildirib.

Əslində nə baş verib?

Naidə İsayevanın qardaşı Nazim İsayev bildirib ki, bacısının adından səhifə açıblar və onu dəfələrlə narahat ediblər.

“Mən onsuz da ağrı yaşayıram, istəmirəm, ikinci ağrı yaşayım. Onun adından səhifə açıblar. Naidənin məktəbdən çəkilən şəklini qoyublar, yazıblar ki, “sosial mediada səni rəzil” edəcəyəm. Dəfələrlə belə şeylər olub. Evdə də heç nə bildirmirdi. İçinə salırdı.

İntim məsələsi haradan çıxdı, bilmirəm. Bu bizim üçün ikinci zərbədir. Bunları hardan çıxarıblar? Bu, şeyləri yığışdırmaq lazımdır.

Bu dağ mənim üstümdədir. Özünüzü mənim yerimə qoyun, danışın. İndi çalışırlar ki, onun adından səhifə açan adamı tapsınlar. Bütün müəllimə yoldaşları onun başına and içirdilər. Arzuları vardı”, – deyə Nazim İsayev bildirib.

 

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.