Keçmiş futbolçu Emre Aşık boşanma ərəfəsində olduğu həyat yoldaşı Yağmur Aşık Sarnıçı polisə şikayət edib.
Emre boşanma ərizəsi yazdığı gün Yağmurun çalışdığı otelə gələrək onun "Emrenin "e"si belə qalmayacaq. Türkiyədə səni bitirəcəm" sözlərini dediyini iddia edib.
Sarnıçın otelə gəldiyi ərəfədə ona əngəl olmaq istəyən məkanın müdiri Gökhan Ersözü təhqir etdiyi də şikayət arasında yer alıb.
Emre məhkəməyə gedərək qoruma qərarı çıxarılmasını istəyib. Sarnıçın 3 ay ona yaxın durması qadağan edilib. Futbolçu arvadının 8 ilə qədər həbsini istəyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.