banner
banner

Dünya

Gülən şəbəkəsinə daha bir sarsıdıcı zərbə

Gülən şəbəkəsinə daha bir sarsıdıcı zərbə

Türkiyədə terrorçu elan olunan Fətullah Gülənin 29 adamına həbs qərarı verilib.
Cia.az-ın məlumatına görə, İstanbulun 20 rayonunda aparılan əməliyyatda 29 nəfər saxlanılıb. Onların arasında İstanbul polis rəisinin müavini Mahir Çakallının da olduğu bildirilir.
Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra İstanbul polis idarəsinə aparılıb. 
Şübhəlilər casusluq, qeyri-qanuni dinləmə, şəxsi məlumatları toplamaq, saxta sənədlər hazırlamaq və hökümətin işinə mane olmağa təşəbbus etməkdə ittiham olunurlar. 
Qeyd edək ki, 2013-cü ilin dekabr ayından başlayaraq Fətullah Gülənin rəhbərlik etdiyi dini şəbəkəyə qarşı ardıcıl əməliyyatlar həyata keçirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.