banner
banner

Dünya

Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

“Son sutka ərzində Fransada 16 mindən çox yeni COVID-19 hadisəsi qeydə alınıb, bu yeni bir anti-rekorddur”.

APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin “Sante Publique” Sanitariya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirus epidemiyasının başlanğıcından bəri ümumi yoluxma sayı 497 mindən çox olub. Onlardan 31511 nəfəri dünyasını dəyişib.

Son 24 saat ərzində 52 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, Fransa Səhiyyə naziri Olive Veran çərşənbə günü keçirilən mətbuat konfransında ölkədəki epidemioloji vəziyyətin pisləşməyə davam etdiyini söyləyib. Nazir qeyd edib ki, "yüksək risk" zonasına daxil olan Paris, Lill, Ruane, Ren, Monpeliye şəhərləri də daxil olmaqla bir sıra mərkəzlərdə sərt məhdudiyyətlər tətbiq edilib. Həmçinin, Marsel və Qvadelupa “maksimum təhlükə zonası” elan edilərək bar və restoranların tamamilə bağlanacağı bildirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.