banner
banner

Gündəm

Çiplərlə bağlı TƏBİB rəsmisindən - Açıqlama

Çiplərlə bağlı TƏBİB rəsmisindən - Açıqlama

“COVİD-19 peyvəndi ilə insanları çipləşdirmək şayiədir, elmi əsası yoxdur”.

Bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində deyib:

“Çipləşdirmə məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar onun üzərindən belə fikirləşirlər. Hətta insanlar könüllü şəkildə gedib uşaqlarını və özlərini çipləşdirirlər. Ancaq çox təəssüf ki, insnalar COVİD vaksini haqqında fikirləşərkən onların ağlına dərhal çipləşmə məsələsi gəlir. Bu fikirlərin heç bir əsası yoxdur. İnsanları kimsə çipləşdirmək istəsəydi, onu başqa üsullarla edərdilər. Ən azından onu körpələrə vurulan vaksinlərin tərkibində edərdilər. Daha bu cür bütün əhali kütləsinə nəzərdə tutulan preparatla yox.

Mənə elə gəlir ki, bu iddia əsassızdır, kimlərinsə ortaya atdığı, hansı məqsədlərə xidmət etdiyi məlum olmayan, tam əsassız bir şeydir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.