banner
banner

Gündəm

Trampla Baydenin debatı: Rəqiblər bir-birlinə ağızlarına gələni dedilər

Trampla Baydenin debatı:

Xəbər verildiyi kimi, ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində prezidentliyə əsas namizədlərin, prezident Donald Tramp və onun demokrat rəqibi Co Baydenin iştirakı ilə ilk debat baş tutub.

 İki liderin söz atışması bəzən bir-birlərini ünvanına ağır ifadələrin işlətməsinə qədər gedib çıxıb.

 Belə ki, Co Bayden Donald Trampı ABŞ tarixində “ən pis prezident” və “yalançı” adlandırıb.

Tramp isə cavabında rəqibinin 47 illik siyasi karyerasında heç bir şeylə yadda qalmadığını söyləyib.

Hazırda ölkənin əsas probleminə çevrilən koronavirusdan danışan Co Bayden prezidenitn bu sahədə konkret heç bir planının olmadığını, buna görə minlərlə insanın öldüyünü bildirib. “Co Bayden yalnız ağıllı və çevik hərəkət edən prezidentin bu problemin öhdəsindən gələcəyini qeyd edib.

“Mənimlə bağlı “ağıl” sözündən istifadə etmə Co, çünki səndə “ağıldan” əsər-əlamət yoxdur. Əgər sən prezident olsaydın indiyə milyonlarla adam ölmüşdü”,-deyə Donald Tramp demokrat rəqibinə reaksiya verib.

Qeyd edək ki, Donald Tramp və Co Bayden danışdıqda dəfələrlə bir-birinin sözünü kəsiblər və bu da debatın aparıcısı Kris Uollesi bəzən çox çətin vəziyyətə salıb.

Hətta Co Bayden Donald Trampa “kəs səsini”, “sən Putinin küçüyüsən” kimi ifadələr işlədən zaman Kris Uolles ona səsini qaldırmalı olub.

Debatların qaydalarına görə, hər bir məsələnin müzakirəsinə 15 dəqiqə vaxt ayrılıb. Namizədlər bundan başqa 2 dəqiqəlik replika hüququna malik olublar.

Rəqiblər koronavirusdan başqa iqtisadiyyat, gələcək seçkilərin şəffaf keçirilməsi, ABŞ şəhərlərində baş alıb gedən etirazlar kimi gündəmin digər əsas mövzuları barədə dnaışıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.