banner
banner

Gündəm

Rusiyalı hərbi ekspertlər: “Hazırda Azərbaycan Ordusunu uğurlar müşayiət edir”

Rusiyalı hərbi ekspertlər:

Rusiyanın tanınmış hərbi ekspertləri Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altındakı ərazilərini azad etmək üçün keçirdiyi hərbi əməliyyatların gedişatını APA-nın Moskva müxbirinə şərh ediblər.  

“Mili Müdafiə” jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik İqor Korotçenko Azərbaycan Ordusunun hərbi əməliyyatlar başlayandan artıq bir sıra hərbi uğurlar əldə etdiyini bildirib: “Anlaşılandır ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan qoşunlarının güclü möhkəmləndirilmiş mövqelərini məhv etməlidir. Qeyd edim ki, bir neçə on illiklər ərzində Ermənistan qoşunları işğal altında saxladıqları ərazilərdə möhkəmləndirilmiş müdafiə şəbəkəsi yaradıblar. Uzunmüddətli mühəndis istehkamları qurublar, betonlayıblar. Ona görə də Azərbaycan Ordusu qarşısında əks-hücum üçün heç də asan tapşırıq dayanmayıb. Bütün bunlara baxmayaraq, biz hazırda Azərbaycan Ordusunun cəbhənin bir sıra məntəqələrində uğurlarının şahidi oluruq. Azərbaycan Silahlı Qüvvələri irəli doğru gedir, strateji yüksəklikləri ələ keçirir. Daha əvvəllər Ermənistan tərəfindən işğal olunmuş yaşayış məntəqələrini azad edir”.

İ. Korotçenko hərbi toqquşmaların eyni zamanda, bütün cəbhə boyu davam etdiyini xatırladıb: “Biz burada Azərbaycan tərəfindən yüksək dəqiqlikli silahlarının tətbiq olunduğunun şahidi oluruq. Zərbə endirən pilotsuz uçuş aparatlarından geniş istifadə olunmaqla rəqibin atəş nöqtələri, hərəkətdə olan texnikaları yüksək dəqiqliklə məhv edilir. Bu, onu göstərir ki, Azərbaycan Ordusu texniki cəhətdən müasir silahlarla təchiz olunub, uğurla hərbi əməliyyatları davam etdirir. Azərbaycan Ordusunun qərargah komandirlərinin hazırlığının və bacarığının yüksək olduğu görünür. Biz başa düşürük ki, vəziyyət çox mürəkkəbdir və dinamik olaraq dəyişir. Lakin hazırda Azərbaycan Ordusunu hərbi uğurlar müşayiət edir”.

Digər rusiyalı hərbi ekspert Aleksandr Perenciyev də Azərbaycan Ordusunun cəbhədə uğurla irəlilədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun kəşfiyyatının yaxşı işlədiyi göz qabağındadır: “Hərbi nöqteyi-nəzərdən müharibədə kəşfiyyat çox önəmlidir. Daha dəqiqi isə hərbi əməliyyatların sutkanın gecə vaxtı həyata keçirilməsidir ki, bunu da Azərbaycan Ordusu Ermənistanla müqayisədə daha effektli edir. Ermənistan ordusunun gecə vaxtı döyüşmək imkanları çox məhduddur. Bu çox önəmli faktordur”.      

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.