banner
banner

Sosİal

“Diqqətli olun!” - Qənirə Paşayeva

“Diqqətli olun!”

“Hər bir insanımızı bu məsələdə xüsusi diqqətli olmağa çağırıram. Tovuzda, Aşağı Öysüzlü kəndində bir ailəmizi sağ olsun həkimlərimiz ölümün əlindən ala bildi. Çox narahat bir gün yaşadıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Tovuzda bir ailənin pomidor turşusundan zəhərlənməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, o davamlı olaraq rayonun baş həkimi Paşa həkimlə, mütəxəsislərlə ailənin vəziyyəti ilə bağlı müzakirələr aparır: “Hər şey bir banka pomidor turşusu yeməklə başlayıb və 7 nəfərlik ailə pomidor turşusundan zəhərlənib. Ailə başçısı Xəqani Yusifov özü də daxil olmaqla həyat yoldaşı Xalidə xanım, qızları 16 yaşlı Ayşə, 14 yaşlı Aygün, 11 yaşlı Aytən, 4 yaşlı Aidə Yusifova və oğlu 9 yaşlı Qismət Yusifov yaxşı ki təcili Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara tez bir zamanda botulizm əlehinə vaksinlə bərabər təcili müzalicələr başlanılıb. Amma bu zəhərlənmə o qədər dəhşətli zəhərlənmədir ki, bəzən insanı xilas etmək gec olur. Çox şükür ki, ailə üzvləri kritik vəziyyətdən çıxdı və vəziyyətləri müsbətə doğru gedir. Mən bütün insanlarımıza səslənmək istəyirəm. Banka turşuları ilə ehtiyatlı və diqqətli olun. Bəzi insanlar bu ailə kimi deyə bilər ki, turşunu biz özümüz hazırlayırıq. Amma bu əsas deyil. Banka turşusunu açdıqda diqqətli olun. Əgər hətta çox az da olsa bulanıqlıq varsa onu yeməyin çünki bu sizin və ailənizin həyatı üçün çox ciddi zərər ola bilər. Bəzən isə faciə ilə bitə bilir. Həkimlərimizin özəlliklə qışa doğru bu kimi problemlərin artması ilə bağlı fikirləri məni bunları yazmağa sövq etdi. Diqqətli olun”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.