banner
banner

Gündəm

4 mərmi atılan Bərdədə son durum FOTO

4 mərmi atılan Bərdədə son durum FOTO

Düşmən bu gün də artilleriya silahlarından Bərdə şəhərini atəşə tutub.

Atılan mərmilər şəhərin Təbriz küçəsinə, H.Əliyev prospektində "köhnə körpü" deyilən əraziyə və prospektdəki "Monika" mağazasının yaxınlığına düşüb. İlkin məlumata görə, 1 nəfər yerli sakin dünyasını dəyişib.

"Yeni Müsavat"ın Reportyor Qrupu Bərdədən xəbər verir ki, ümumilikdə şəhərə 4 mərmi atılıb. 

Mərmilərdən biri Bərdə şəhəri, Təbriz küçəsində İlqar Fərzəliyevin evinin yanına düşüb və evdə yanğın başlayıb. İlqar Fərzəliyev reportyorumuza deyib ki, hadisə zamanı evdə özündən başqa 10 yaxın qohumu olub. Yanğın zamanı kimsə yaralanmayıb, xəsarət almayıb.

Ətraflı məlumat veriləcək.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.