banner
banner

Gündəm

Suqovuşanın böyük hərbi-strateji əhəmiyyəti - döyüşçü polkovnikdən açıqlama

Suqovuşanın böyük hərbi-strateji əhəmiyyəti

Şair Ramaldanov: “Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi, düşmən Ağdərə və Ağdam istiqamətində duruş gətirə bilməyəcək”

Oktyabrın 3-də Azərbaycan Ordusu Suqovuşanı (keçmiş Madagiz) Ermənistan hərbçilərinin işğalından azad etdi. Suqovuşan çox böyük hərbi-strateji əhəmiyyəti daşıyan ərazidir.

Suqovuşanın azad edilməsinin strateji baxımdan Azərbaycan Ordusu üçün önəmini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Suqovuşan Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verir. Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün ordumuza böyük üstünlük yaradır: “Ermənistan ordusunun 6-cı dağ atıcı alayının qərargahı Suqovuşanda yerləşirdi. Suqovuşan yaşayış məntəqəsinin Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazi həmin alayın məhv edilməsindın sonra mümkün oldu.

Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçib. Buna əlavə olaraq, Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıyadır. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə xətti olan Ağdərə-Ağdam xətti mühasirəyə düşmə təhlükəsi altına düşür.

Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi. Bu mühüm məntəqə düşməndən təmizləndikdən sonra Ağdərə və Ağdam istiqamətində Ermənistan ordusu uzun müddət duruş gətirə bilməyəcək. Ağdərə və Ağdamın da azad edilməsindən sonra isə Xankəndinə hücum üçün əlverişli imkan yaranır".

Polkovnik qeyd etdi ki, bütün bunları nəzərə alsaq deyə bilərik ki, Suqovuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması ordumuzun uğurlu irəliləyişi üçün böyük əhəmiyyət daşıyır.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirdi ki, Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti var. Bununla yanaşı, Suqovuşanın azad edilməsi ordumuz üçün bir sıra üstünlüklər də yaradıb: “Tərtər rayonunun Suqovuşan yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi ilə demək olar ki, Azərbaycan Dağlıq Qarabağın açarını əldə edib. Həmin ərazidə düşmən ordusunun 6-cı dağ atıcı alayının qərargahı yerləşirdi. Artıq Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində həmin ərazi düşməndən tam təmizlənib. Bununla yanaşı, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçib.

Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıyadır. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə bloku olan Ağdərə-Ağdam xəttini mühasirəyə alma imkanı yaranıb. Eyni zamanda Suqovuşan yaşayış məntəqəsi Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanmasına da imkan verəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, Suqovuşanın azad edilməsi Tərtər rayonuna buradan zərbələr endirilməsinə son qoymuş oldu".

Ümumiyyətlə, strateji baxımdan Qarabağın açarı Ağdərədədir. Çünki Murovdağ silsiləsinin cənub yamacıyla Sərsəng gölünə çatmaq gərəkdir. Suqovuşandan sonra “Aterk” adlandırılmış Həsənriz, Kərəmli kəndləri gəlir və Ağdərə arxada qalır. Bundan sonra Murov-Kəlbəcər-Tərtər yolu da tamamilə kəsilir. Yəni ermənilər artıq Murovdakı digər strateji yüksəkliklərdə yerləşən qoşunlarını təmin edə bilmirlər. Sərsəngin sol tərəfindən strateji əhəmiyyətli Heyvalı(“Drmbon”), Mehmanə, Çildıran kəndləri gəlir. O tərəfdən Narınclar, Vəng, Dovşanlı(“Araçadzor”) kəndləri...  Həmin ərazilər və Ağdərə şəhəri azad ediləndə Ağdərə- Papravənd-Ağdam yolu da nəzarətə götürülür və Ağdam şəhərinin azadlığına yol açılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.