banner
banner

Gündəm

Azərbaycanda müharibənin video - salnaməsi hazırlanırmı - açıqlama

Azərbaycanda müharibənin video

Artıq 10 gündür ki, Vətən müharibəsi davam edir. Bugünlərdə Azərbaycan ordusu böyük uğurlar əldə etdi, 14 kəndimiz, 1 qəsəbə, Cəbrayıl şəhəri erməni işğalından azad edildi. Ötən gün Cəbrayıl rayonunun erməni işğalından azad olunması xəbəri isə Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı. Ümumiyyətlə, son günlər hərbçilərimizin müharibədə göstərdiyi şücaətlər bir salnaməyə çevrilib. Bəs görəsən, bu uğurları gələcək nəsillərə ötürmək üçün müharibənin videosalnaməsi hazırlanırmı? Gələcək üçün sənədli filmlər çəkilirmi?

“Yeni Müsavat” mövzu ilə bağlı ekspertlərdən mövqe öyrənib.

 

Mövzu ilə bağlı ilk olaraq millət vəkili Aqil Abbasın fikirlərini öyrəndik:

 

525-ci Qəzet - Aqil Abbas: “Ad günü keçirməyi xoşlamıram”

“Sənədli filmlər əvvəllər də çəkilirdi, indi də çəkilir. 50 sənədli filmdənsə,  bir bədii film daha təsirlidir. Sənədli film isə ona görə lazımdır ki, onlar sənəddir, arxivdir, tarix üçün lazımdır. Sənədli filmlərin bu mənada böyük önəmi var, mütləq çəkilməlidir. Televiziyaların hamısında cəbhə müxbirləri var, oradan reportajlar verirlər, bunlar hamısı sənədli filmlər sayılır. Sadəcə, onlar ssenari əsasında hazırlamaqla sənədli filmə çevirmək olar. Sadəcə, bunu sistemləşdirmək lazımdır”.

Millət vəkili salnamənin yazılması məsələsinə münasibət bildirib:

“Hələ ki salnamənin yazılması mümkün deyil. Hazırda döyüşlər gedir, onu yalnız Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında hazırlamaq olar, bizim bildiyimiz, hamının bildiyi məlumatları mətbuata çıxarmaq, yazmaq, dərc eləmək olmaz.  Böyük qələbədən sonra yazıçılar onun salnaməsini də sənədlərdən götürərək yazacaqlar. Bunu da tarixçilər, salnaməçilər yazmalıdır, bu, ayrıca bir peşədir. Məsələn, mən bədii əsər, publisist yazısı  yaza bilərəm, amma salnaməni yaza bilmərəm. Onun öz mütəxəssisləri var”.

Bizimlə söhbətdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov bildirdi ki, hazırda videosalnamələr hazırlanır: “Döyüş bölgəsinə ezamiyyətdən yeni qayıtmışam. Müharibə mövzusunda Müdafiə Nazirliyi tərəfindən salnamə çəkilişləri aparılır. Eyni zamanda bu çəkilişlər həm telekanallar, həm də Bakı Media Mərkəzi tərəfindən də həyata keçirilir. Yəni həm ön cəbhədə, həm də arxa cəbhədə bu salnamələr çəkilir.

Fariz Əhmədov: “Döyüş bölgəsinə ezamiyyətdən yeni qayıtmışam”

O ki qaldı sənədli filmlərin çəkilməsinə, müharibə ilə bağlı ümumi olaraq müxtəlif studiyalar tərəfindən çəkilişlər aparılır,  söhbət yalnız “Azərbaycanfilm”dən getmir. Yəni həm Mədəniyyat Nazirliyinin qurumları tərəfindən, həm də özəl televiziyalar tərəfindən bu işlər aparılır. Sadəcə olaraq, həmin filmlərin istehsal olunub çıxmasına müəyyən vaxt lazımdır. Çünki paralel olaraq kütləvi şəkildə apardığımız çəkilişlər də, ordumuzun mövqelərinin nümayişi də ola bilər. Ona görə hər şey planlaşdırılmış şəkildə, Müdafiə Nazirliyi ilə     razılaşdırılmış şəkildə aparılır". 

Ən yaxşı müharibə filmləri müharibədən sonra çəkilir...

F.Əhmədov deputat Aqil Abbasın bədii filmlərlə bağlı fikri ilə razılaşdığını deyib: “Bəli, dövrümüzdə bədii filmin insanlar üzərində təsir qüvvəsi daha çoxdur, nəinki sənədli filmlərin. Elə Aqil müəllimin ssenarisi əsasında ”Azərbaycanfilm"də “Dolu” filmi çəkilib. Mədəniyyət Nazirliyi tərəfindən  milli qəhrəmanlarımızla bağlı silsilə sənədli filmləri çəkilir. “Salnamə” film studiyasında 50-60-dan artıq sənədli filmlər istehsal olunub. Ümumiyyətlə, Qarabağ hər zaman Mədəniyyət Nazirliyinin prioritet mövzusu olub. İstehsala buraxılmış ən azı 3-4 film Qarabağa  həsr olunub. Bir deyim də var, ən yaxşı müharibə filmləri müharibədən sonra çəkilir. Xüsusilə də ordumuzun qələbə xəbərləri bizi sevindirir, bu ağır döyüşlərdən bizim daha çox qəhrəman övladlarımız çıxacaq. Bu da gələcəkdə yaradıcı insanlar olaraq bizi ilhamlandıracaq ki, yeni filmlər ərsəyə gətirək".

AzTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin yeni rəhbəri - Rəsmi

Nərgiz Rəfiyeva: “Xüsusi müxbirlərimiz çəkilişlər aparırlar, yəqin ki, o kadrlar əsasında da filmlər də hazırlanacaq”

AZTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərgiz Rəfiyeva  isə bildirib ki, hazırda müharibə şəraiti ilə bağlı ayrıca hər hansı videosalnamə çəkilmir: “Bizdə salnaməni yaradan bölgə müxbirlərimizdir. Film çəkməyə gəlincə isə hazırda buna icazə də verilməz. Çünki hər yeri bombalayırlar. Buna nə imkan, nə də şərait var.

Sənədli filmlərin çəkilişi də eyni qaydada, təhlükəsizlik baxımından hələ ki aparılmır. Xüsusi müxbirlərimiz çəkilişlər aparırlar, yəqin ki, o kadrlar əsasında da filmlər də hazırlanacaq". 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.