“Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisdə noyabrın 5-də müzakirəyə çıxarılacaq.
Bu barədə Modern.az saytına Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.
Deputat onu da qeyd edib ki, “Elm siyasəti haqqında” qanun layihəsi noyabrın 5-nə qədər Milli Elmlər Akademiyasında müzakirə olunacaq.
O bildirib ki, sözügedən qanun layihəsi noyabrın 5-də Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə olunacaq. Uzun müddətdir gündəmdə olan “Elm siyasəti haqqında” qanun layihəsi bəzi mübahisəli müddəalarına görə Milli Məclisin gündəliyindən çıxarılmışdı.
Hələ 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul olunduqdan sonra bu sənəddən irəli gələn digər sahə qanunlarının qəbul olunacağı gözlənilirdi. Bu siyahıda ilk növbədə “Elm siyasəti haqqında” qanun layihəsi də vardı.
Ötən müddət ərzində dəfələrlə bu sənədlə bağlı müzakirələr aparılıb. 5 ildir ki, hər sessiyanın başlanğıcında “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı deyilsə də, sessiyanın sonunda qanunun müzakirə olunması gerçəkləşmirdi.
Artıq qanun layihəsi müzakirəyə çıxarılmağa hazırdır.
Elm sahəsində çalışanlar isə uzun müddətdir bu qanun layihəsinin nəhayət qəbul olunacağını səbirsizliklə gözləyirlər.
“Elm siyasəti haqqında” qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirir. Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Bu sənəd elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Layihədə elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapır.
Qeyd edək ki, noyabrın 18, 19, 20-də Milli Məclis 2015-ci ilin dövlət büdcəsi zərfini müzakirə edəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.