“Bizim millətin bir xüsusiyyəti var. Biz milli məsələlərdə birləşməyi bacarmırıq. Mən görməmişəm ki, ermənilər milli məsələlərdə fərqli mövqedə çıxış etsin. I Avropa Oyunlarına qarşı çıxmaq Azərbaycanı sevməməkdir”. Cia.az-ın məlumatına görə bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. O, parlamentin plenar iclasında çıxışı zamanı Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı bəyanatını da şərh edib. “Vatikanda olmuşam. Oranı gəzəndə gördüm heykəl var. Dedilər erməni katolikosunun heykəlidir. Dedilər bu da bizim kardinaldır. Ancaq arxa qapıdan gələn kardinal. Əgər onlar bunu belə qəbul edirlərsə, biz normal yanaşmalıyıq. Dünyada siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri belə siyasətə qarışmamalıdırlar. 100 il olan məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”. Spiker əlavə edib ki, Türkiyədə 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər: “Bu barədə də tarixi sənədlər var.. Bu tarix məsələsidir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni kotolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır”.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.