banner
banner

Gündəm

Döyüşlərin 13-cü günü: Tərtərdə 1 PUA vurulub, “Toçka U” zərərsizləşdirildi FOTO VİDEO

Döyüşlərin 13-cü günü:

Qarabağ uğrunda döyüşlərin 13-cü günü- cəbhədə vəziyyət gərgindir.

 Azərbaycan ordusu bütün istiqamətlər üzrə düşmənə zərbələr endirməkdə davam edir.
 
“Yeni Müsavat”ın Tərtər rayonuna ezam olunan reportyor qrupu xəbər verir ki, ötən müddət ərzində düşmən rayon ərazisinə 10 minə yaxın mərmi atıb.

Nəticədə, 9 rayon sakini həlak olub, 37 nəfər yaralanıb. Oktyabrın 9-da düşmən səhər saatlarından başlayaraq, rayon ərazisinə top və raket atmaqda davam edib. Səhər saatlarında ordumuzun hissələri düşmənə məxsus Pilotsuz Uçan Aparatı(PUA) vurub. Günortadan sonra düşmən “Toçka U” kompleksindən Tərtər və Bərdə rayonları ərazisinə atəş açıb. 2 raketdən 1-i zərərsizləşdirilib, digəri boş sahəyə düşüb.

Rəsmi mənbələrdən aldığımız məlumata görə, hərbi əməliyyatlar aktivləşdikdən sonra ermənilərin Tərtər rayonuna atdıqları mərmi və raketlə mülki sakinlərə məxsus 86 ev, 24 yardımçı tikili tamamilə dağılıb, 384 evə, 51 çoxmənzilli yaşayış evinə, 18 sosial obyektə, 7 istehsal sahəsinə, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Tərtər sakinlərinin ordumuzun qələbəsinə inamı tamdır. Hazırda aktiv döyüş əməliyyatlarının davam etdiyi Tərtər istiqamətində və Qarabağın hava məkanında Azərbaycan pilotsuz uçuş aparatları şəriksiz üstünlüyünə sahibdir. Azərbaycan Ordusu həm kəşfiyyat PUA-ları, həm zərbə PUA-ları, həm də kamikadze dronlarla (gəzən sursatlar) döyüşlər gedən ərazilərdə düşmənin qorxulu kabusuna çevrilib.

Kamikadze PUA-lar vasitəsi ilə düşmənin nəinki ön xətdəki canlı qüvvəsi və hərbi texnikaları, hətta cəbhənin dərinliyindəki hərbi obyektləri müşahidə olunub və məhv edilməkdədir.

Müdafiə Nazirliyinin yaydığı məlumat və görüntülərdə Şuşakənd yaxınlığında Xankəndi şəhərinin hava hücumundan müdafiəsini həyata keçirən S-300 zenit-raket(RZK)kompleksinin kamikadze PUA vasitəsi ilə məhv edildiyi öz əksini tapıb. S-300 ZRK-nin qiyməti 125 milyon dollardır. Azərbaycan ordusu düşmənin Qarabağdakı hava hücumundan müdafiə sisteminin əsas hissəsinin məhv edib.

Söhbət etdiyimiz hərbi mütəxəssislər deyirlər ki, hazırda Azərbaycanın pilotsuz uçuş vasitələri Xankəndi şəhəri üzərində uçur. Düşmən yerdən və göydən bir-birinin ardınca sarsıdıcı zərbələr alır. Bu silahlar ordumuzun inamlı qələbəsini labüd edir.

Cəbhəyanı zonada yaşayan Tərtərlilərin Qələbə qazanacağımıza inamları böyükdür.




 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.