banner
banner

Gündəm

Gəncə qətliamı dünya mətbuatında

Gəncə qətliamı dünya mətbuatında

Çinin „news.cgtn.com“ saytı Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən yazır ki, erməni tərəfinin açdığı atəş nəticəsində Gəncə şəhərində 7 nəfər ölüb, 33 nəfər isə yaralanıb. (Türkiyə televiziyaları da ölənlərin sayının 7 nəfər olduğunu qeyd edir).

Səudiyyə Ərəbistanına məxsus “arab.news”  saytı da Gəncədə baş verən fəlakət barədə məlumat yayıb. Onlar da ölənlərin sayının 7 nəfər olduğunu qeyd edirlər. Səudiyyənin öncül mətbuat orqanı bu xəbəri Azərbaycan Xarici İşlər Nazirliyinin ”Twitter” səhifəsinə istinadən yayıb.

Dünyaca ünlü “Aljazeera.com” saytı da Gəncədə baş vermiş olay barədə geniş auditoriyaya məlumat verib. Vurğulanır ki, Gəncəyə atəşin Ermənistan ərazisindən atıldığı Azərbaycan rəsmiləri tərəfindən xüsusi qeyd olunur.

Hindistanın “Times of İndia” qəzeti, Rusiyanın “TASS” (ingilisdilli bölümü də) agentliyi, “Reuters” agentliyi, ABŞ-ın “usnews.com” kimi media orqanları da Gəncə hadisələri haqqında xəbərlər yayıb. Yaxın saatlarda bu xəbərin dünyanın gündəminə oturacağı gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.