Adı son günlər İdil Fırat və Burcu Esmersoyla hallanan Arda Turanla bağlı yeni iddia ortaya atılıb. Türkiyə mətbuatı "Atletiko"da çıхış edən futbolçunun yeni sevgilisinin müəyyənləşdiyini iddia edib. İddiaya görə, Arda Madriddə Tuvana Türkayla görüşüb. Deyilənə görə, futbolçu və aktrisa artıq sevgilidi. Türkay bundan əvvəl Sercan Yıldırımla sevgili olmuşdu. Qeyd edək ki, "Kara Para Aşk" serialında Bahar rolunu canlandıran 25 yaşlı Tuvana əvvəllər "Güvercin Uçuverdi" filminə, həmçinin "Yer Gök Aşk", "Nakş-ı Dil Sultan" və "Ayrılık" seriallarına çəkilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.