“Heç toxunmadımı sizə yaşadıqlarımız?” – Günay Acunu tənqid etdi
“Təbii ki, bu günlər keçəcək, xalqım zəfər qazanacaq. Qarabağımın işğal olunmuş torpağında Azərbaycan-Türkiyə bayrağı dalğalanacaq! Amma biz heç zaman unutmayacağıq yanımızda duranları da, kənarda qalanları da”.
Bu sözləri Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva sosial şəbəkədə yazıb.
O, İnstaqram “Story”də TV8 kanalının sahibi Acun Ilıcalını tənqid edərək, onun Azərbaycana dəstək olmamasını qınayıb: “Mənim diqqətimi Acun Ilıcalı çəkdi - türkəsilli qardaşımız. Yüzlərlə azərbaycanlının “O səs Türkiyə”, “Yetenek sizsiniz”, “Survivor Türkiyə” proqramlarında sevərək iştirak edən, izləyici kütləndə və reytinqində az əməyi olmayan Azərbaycan türkləriyik biz. Acun bəy, niyə səssiz qaldınız? Heç toxunmadımı sizə yaşadıqlarımız? Çətin gəldi 13,4 milyonluq səhifənizdə heç olmasa bir Azərbaycan bayrağı paylaşaraq dəstək olmaq?”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.