banner
banner

Sosİal

Ehsan qadağası cavabı

Ehsan qadağası cavabı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yas mərasimlərində ehsan verilməsinə qadağa qoyulması məsələsinə aydınlıq gətirib.

ANS PRESS xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Trend-ə açıqlamasında deyib ki, yas mərasimlərində ehsan verilməsi ilə bağlı qadağa yoxdur: "Burada söhbət sadəcə yas mərasimlərində ifrat israfçılığın qarşısının alınmasından gedir. Bu istiqamətdə də tövsiyələr vermişik. Bizim tövsiyələrimizlə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanat arasında heç bir ziddiyyət yoxdur. Yas mərasimlərində ifrat israfçılığın qarşısının alınması ilə bağlı proses gedir, hər regionun xüsusiyyəti nəzərə alınır və bu tövsiyələr verilərkən kəndin ağsaqqallarının, ziyalılarının, din xadimlərinin, məsciddəki axundların, imamların rəyləri də nəzərə alınır".

M.Qurbanlı deyib ki, bununla bağlı da müəyyən irəliləyişlər var, ifrat israfçılığın aradan qaldırılması üçün müxtəlif yerlərdə aparılan işlər nəticə verir. Bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında həmrəylik var, hər iki qurum ifratçılığın əleyhinədir: "Nəinki yas mərasimləri, eyni zamanda, cəmiyyət toy mərasimlərində də ifrat israfçılığın əleyhinə çıxış edir. Bütövlükdə bu, cəmiyyətin bir tələbatı kimi ortadadır. Kimsə bunu zorla etmir, bu, tövsiyə formasında edilir. Bəzi yerlərdə vətəndaşlar deyirlər ki, mən yemək vermək istəyirdim qoymadılar və s. Bunlara tövsiyə edilir. Əgər yemək vermək istəyirsə, ətrafdakı insanlar da bunu istəyirsə, biz ona demirik ki, niyə belə edirsən. Sadəcə biz deyirik ki, yemək ver, amma onu ifrat şəkildə vermə. Ehsan anlayışının özünə də xüsusi diqqət yetirmək lazımdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.