banner
banner

Gündəm

Erməni spikerin Mehri və İrəvan qorxusu: “Əgər Dağlıq Qarabağı təslim etsək...”

Erməni spikerin Mehri və İrəvan qorxusu:
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan sosial şəbəkələrdəki şəxsi səhifəsində həyacanlı paylaşım edib. Erməni spiker hazırda baş verənlərin yüz illərdir davam etdiyini bildirib. Ermənistanın xəstə təfəkkürlü daha bir rəsmisi Qarabağın işğaldan azad olunması əməliyyatlarına diqqət çəkərək iddia edib ki, məqsəd Ermənistanı xəritədən silmək, erməni xalqını məhv etməkdir. “Əgər Dağlıq Qarabağı təslim etsək, Mehrini, sonra da İrəvanı təslim edəcəyik. Dayanmaq lazımdır, başqa cür mümkün deyil. Bir dəfə sonadək dayanmaq lazımdır”, deyə, A.Mirzoyan şivən qoparıb. Əslində erməni spiker bununla Dağlıq Qarabağ kimi, həm Mehri, həm də İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu dolayısı ilə etiraf edib. Qarabağ cəbhəsində sarsıdıcı zərbələr almış ermənilər bu gün aqoniya vəziyyətindədirlər və çıxış yolunu hay-küy salmaqda, tarixdə olmayan qondarma “soyqırımı” yada salıb müqaviməti təşkil etməyə cəhd göstərirlər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.