banner
banner

Dünya

Rusiya əhalisi 2025-ci ilədək 1,2 mln. nəfər azala bilər

Rusiya əhalisi 2025-ci ilədək 1,2 mln. nəfər azala bilər
Rusiya hökuməti ölkə əhalisinin azalması proqnozunu pisləşdirib. Belə ki, Rusiya əhalisi 2025-ci ilədək 1,234 mln. nəfər azala bilər. "APA-Economics"in məlumatına görə, bu barədə "İzvestiya" qəzeti 2030-cu ilədək milli hədəflərə çatmaq üçün hökumətin hazırladığı vahid planın yeni versiyasına istinadən yazıb. Qəzetin məlumatına görə, planın əvvəlki versiyasında hökumət 2020-ci ildə əhalinin 158 min nəfər, 2021-ci ildə 81,5 min nəfər azalacağını, daha sonrakı illərdə isə demoqrafik göstəricinin artacağını proqnozlaşdırırdı. Yeni plana görə, 2020-ci ildə Rusiya əhalisi 352,5 min nəfər, 2021-ci ildə 290 min nəfər, 2022-ci ildə 238 min nəfər, 2023-cü ildə 189 min nəfər, 2024-cü ildə isə 165 min nəfər azalacağı proqnozlaşdırılır. Sənədin müqəddiməsində qeyd olunur ki, Rusiya əhalisi yaxın gələcəkdə "obyektiv trendlər səbəbindən" azalacaq. Sənəddə deyilir ki, 2030-cu ilədək bu tendensiyanın bərpa edilməsi və doğum nisbətinin sabitləşdirilməsi, ölüm hallarını azaldılması, yüksək keyfiyyətli miqrasiya artımı ilə rusiyalıların sayında artımın təmin edilməsi planlaşdırılır. Qeyd edək ki, bu ilin yanvarın 1-nə Rusiya əhalisinin sayı 146 748 590 nəfər təşkil edib. Əhali sayına görə Rusiya dünyada 9-cu yerdədir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.