banner
banner

Gündəm

DYP-dən vətəndaşlara çağırış: "Diqqətli olun!"

DYP-dən vətəndaşlara çağırış:
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlar üçün bildiriş yayıb. Məlumatda deyilir: “Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ərazilərində 2020-ci il 28 sentyabr tarixi saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən, Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunur. Qeyd olunan dövr ərzində Ermənistan tərəfindən ölkədəki sabitliyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsdi ilə terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub. Bununla əlaqədar təşvişə düşmədən ayıq-sayıq olmanız, əhalinin sıx cəmləşdiyi ərazilərdə, ictimai nəqliyyatda, eyni zamanda rəhbərlik etdiyiniz idarə və təşkilatlarda, həmçinin mülkiyyətinizdə və istifadənizdə olan nəqliyyat vasitələrində və ətrafında şübhəli şəxslər, bağlamalar və şübhə doğuran hər hansı əşya müşahidə etdikdə dərhal “102” xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməyiniz xahiş olunur”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.