banner
banner

Hərbİ

Serjin Avropaya hücum planı

Serjin Avropaya hücum planı

İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədri Ann Brasser ilə görüşüb.

Söhbət əsnasında Sarkisyan sessiyada müzakirə edilmək üçün "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın gərginləşməsi" adlı xüsusi məruzənin hazırlanmasını nəzərdə tutan təşəbbüsü dayandırmağı xahiş edib.

Erməni tərəfi bu cür məruzənin hazırlanmasının əsl təxribat olduğunu iddia edib, həmçinin AŞPA sədrini inandırmağa çalışıb ki, ümumiyyətlə, Azərbaycanın işğal edilmiş əraziləri kimi bir anlayış mövcud deyil.

Bundan başqa, Sarkisyan iddia edib ki, AŞPA-nın Dağlıq Qarabağdakı vəziyyət üzrə əsas məruzəçisi britaniyalı Robert Uolterin fəaliyyəti danışıqlar prosesinə güclü zərər vuracaq.

Yumşaq deyilsə, Sarkisyan həmişə olduğu kimi yenə ağ yalan danışır. Doğru və ölçülüb-biçilmiş olan bu məruzə heç zaman danışıqlar prosesinə zərər vura bilməz. Özü də Ermənistanın öz işğalçı qoşunlarını tutduğu Azərbaycan torpaqlarından çıxarmaması üzündən danışıqlar çoxdan dalana dirənib. İnsanların danışıq aparması əvəzinə təmas xəttində toplar və pulemyotlar danışır.

Sarkisyanın bu məruzədən və onun müzakirəsindən niyə qorxmasının səbəbləri aydındır, çünki bunun nəticəsində kimin torpaqlarının kimlər tərəfindən işğal olunması ortaya çıxacaq. Ermənistan prezidenti AŞPA rəhbəri ilə söhbətində iddia edib ki, bəs onlar uydurma soyqırımın yüzilliyinə hazırlaşırlar, AŞPA isə onları günahkar çıxarmaq istəyir. Amma hətta uydurma soyqırımı da bəhanə etmək də heç nə verməyəcək. AŞPA öz qərarlarını hər saat dəyişməyən ciddi Avropa təşkilatıdır, hətta uydurma soyqırım ərəfəsində də dəyişməycək.

Dərc olunan və müzakirə olunan əsas məruzə aydın göstərəcək ki, erməni siyasi elitası dünyada addımbaşı bağıra-bağıra Azərbaycan torpaqlarını ələ keçirərək uydurma böyük Ermənistan yaratmaq istəyir.//ANS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.