"Hücumların qarşısını almaq iqtidarında deyilik" - Pentaqon
ABŞ, böyük ehtimalla, düşmən kiberhücumlarının qarşısını ala bilməyəcək.
"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Amerika Senatında çıxış edən ABŞ Müdafiə Nazirinin müavini Erik Rozenbah belə deyib.
Onun sözlərinə görə, əyər ABŞ kiber hərhansı zərbəni həyata keçirmək qərarına gəlsə, düşmən tərəfin buna cavab olarak atacağı addımlar Amerikada ciddi fəsadlara səbəb ola bilər. Çünkü ABŞ-ın infrastruktur obyektlerərini qorumaq olduqca çətin olacaq.
E.Rozenbah hesab edir ki rəsmi Vaşinqton "diqqətli siyasət" yürüdməlidir və maksimum dərəcədə kibersahədə qarşıdurmadan uzaq olmalıdır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.