“Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid oldu”.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.
“25 yaşında idi. Etnik rus olan bu gənc çoxmədəniyyətli Azərbaycanın vətəndaşı olmaqdan qürur duyurdu. Nur içində yat, hörmətli Dmitri! Allah rəhmət eləsin!”, - deyə, paylaşımda qeyd olunub.


