"Avropa Parlamenti hansı qərarı verirsə-versin bir qulağımızdan girib, o birindən çıxar. Türkiyənin belə bir cinayəti qəbul etməsi mümkün deyil". Cia.az-ın məlumatına görə, bu sözləri Qazaxıstana səfəri öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Avropa Parlamentində qondarma erməni soyqırımın müzakirəsi məsələsinə dair suala cavabında belə deyib. "Öz ölkəsindən qaçıb Türkiyədə yaşayan ermənilər var. Biz onları deportasiya edə bilərdik. Amma etmədik. Erməni vətəndaşlara qarşı pis münasibət göstərmişik? Onların ölkəmizin hər cür imkanından faydalanmaqla bağlı heç bir sıxıntısı yoxdur". Dövlət başçısı Vandakı Akdamar kilsəsinin dövlətin hesabına təmir edildiyini də xatırladıb. O, bildiyi, inandığı dəyərlərin olduğunu qeyd edib. "Biz niyə millət olaraq və ya media olraq müdafiədə dayandığımızı anlamaqda çətinik çəkirəm. Mənim prezident olaraq müdafiə olunmağa ehtiyacım yoxdur. Üzərimizidə soyqırım adlı bir ləkə yoxdur". Türkiyə dövlət başçısı Ermənistan başda olmaqla parlamentlərinin qapısı onlara açanlara da səsələnib. "Hazırda mənim ölkəmdə vətəndaş və ya vətəndaş olmayan yüz min erməni var. Görəsən onların ölkəsində neçə erməni var?".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.