banner
banner

Gündəm

“CNN Türk”ün müxbiri: “Ermənistan bu torpaqlarda hər gün körpələri öldürür, dünya isə susur…”

“CNN Türk”ün müxbiri:

Türkiyənin nüfuzlu media quruluşu olan “CNN Türk”ün müxbiri Fulya Öztürk Ermənistanın Bərdədə törətdiyi terrordan yazıb.

 Fulya Öztürk sosial şəbəkədə Ermənistanın hər gün mülki insanları hədəf aldığını, körpələri öldürdüyünü yazıb: “Hər gün bu torpaqlarda körpələr ölür, məsum insanların başına bomba atılır. Sabah biz də ölə bilərik, necə ki bir neçə dəfə burada ölümdən döndük.

Çox təəssüf ki, dünya susur. Göz yumur. Sözdə müzakirə aparan ölkələr çıxıb bir kəlmə demir. Sözdə “atəşkəs” istəyənlər Ermənistana silah göndərir. Onların verdikləri raketlərlə mülki insanlar hədəf alınır”.

Fulya Öztürk qeyd edib ki, ermənilər döyüş meydanlarında ortalıqda qalan əsgərlərinin cəsədlərini belə götürmək istəmir:
“Ermənistan öz əsgərlərinin cəsədlərini belə götürmək istəmir, bu onların heç vecinə də deyil.

Həm insanları torpağından, evindən qoparır, torpaqlarını 30 il işğal altında saxlayır, həm də utanmadan o insanların başına boma yağdırır. Qarabağ Azərbaycanın öz vətən torpağıdır. Ermənistan terrorçu dövlətdir və o dövlətin yanında olan, terrora susan qatildir”.

Fulta Öztürk sonda qeyd edib: “Burada hər kəsin mənə dediyi bir söz var: “İnşallah, Şuşada çəkiliş edərik” İnşallah!”

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutub. Erməni hərbi cinayəti nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.

Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan uşaqların sayı 11-ə çatıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.