İllərdir xolestrolu yüksəltdiyi deyilən yumurta haqqında olan mənfi fikirlər alt üstü olur. ANS PRESS-in məlumatına görə, "Huffington Post" yumurtanın önəmli və bilinməyən faydalarını açıqlayıb.
Belə ki, yumurtanın tərkibindəki kolin adlı maddə ancaq beynin inkişafını dəstəkləməklə qalmır, həm də süd vəzi xərçənginin qarşısını alır. Yeniyetməlik zamanı müntəzəm olaraq yumurta yemək süd vəi xərçəngi riskini dəfələrlə aşağı salır. Yumurta protein və luteinlə zəngindir.
Bu maddələr katarakt yaranmasının da qarşısını almağa kömək edir. Gündə bir yumurta kardioloqla görüşünüzü gecikdirə bilər. Belə ki, bu məhsul infarkt və iflic riskini azaldır.
Bu məhsulun tərkibindəki sulfid B vitaminin qaraciyərdə sovrulmasını asanlaşdırır, saç,dırnaq, dəri gözəlliyi üçün gərəkli olan kollejin, keratin kimi maddələrin istehsalına kömək olur.
6 qram proteində bədənin əzələ quruluşu üçün gərəkli olan amino asitlər var. Əzələlərin inkişafı üçün yumurta əvəzsiz bir nemətdir. Xüsusilə hamilələr üçün yumurta məsləhətdir, çünki o körpələrin ana bətnində beyin inkişafına müsbət təsir edir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.