banner
banner

Gündəm

General Arkadi Karapetyan: “Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...” VİDEO

General Arkadi Karapetyan:

Dağlıq Qarabağdakı erməni hərbi elitasının daha bir lideri, general Arkadi Karapetyan Azərbaycan Ordusunun Şuşanın həndəvərinə çatdığını bildirib və Ermənstandan hamını köməyə çağırıb. Bildirib ki, əks halda onlar Ermənistana qoşunlarla gedəcəklər.

Əvvəlcə Karapetyan barədə qısaca. Arkadi Karapetyan ermənilərin köhnə komandirlərindən biridir. 1958-ci ildə Xankəndində anadan olub, hələ ötən əsrin 70-ci illərində Dağlıq Qarabağda gizli erməni separatçı hərəkatında yer alıb. 90-ci illərin sonlarında isə Qarabağda erməni separatizmini alovlandıranlardan biridir. 1988-ci ildə Yerevanda yaradılan “Qarabağ” komitəsinin üzvü, separatçı “Krunk” təşkilatının sədr müavini olub. 1989-1991-ci illərdə “Daşnaksütun” sıralarında yer alıb.

 

Dağlıq Qarabağdan azərbaycanlıların qovulmasına bilavasitə başçılıq edib və 1990-1992-ci ildə separatçıların “müdafiə ordusunun” komandanı olub. Daha sonra separatçıların “özünümüdafiə komitəsi”nin üzvü kimi Qarabağın işğalına rəhbərlik etməyə başlayıb. 1992-ci ilin mayında Arkadi Karapetyan Şuşaya hücuma başçılıq edənlərdən biri idi. Onun başçılıq etdiyi dəstələr şərq istiqamətindən-Şoş kəndindən Şuşaya həmlə etmişdi. Daha sonra Karapetyan Ermənistanda Levon Ter-Petrosyanın hakimiyyəti dövründə, polkovnik rütbəsində ordunun kəşfiyyat rəisi və polk komandiri (1993-1996) olub. 1997-ci ildə Qarabağa qayıdıb və müharibə veteranları ittifaqını yaradaraq ona rəhbərlik etməyə başlayıb. Hazırda o, öz dəstəsi ilə Qarabağda döyüşməkdədir. Əvvəllər çıxışlarında Qarabağ münaqişəsinin həllinin "Bakını almaqla mümkün olacağını" deyirdi.

Arkadi Karapetyan Facebook üzərindən yaydığı videomüraciətində deyir: “Ermənistanda insanlar burada baş verənlərdən xəbərsizdir. Müharibə Şuşanın ətrafında gedir. Buradan sizə nə dediklərini bilmirəm, amma müharibə az qala Şuşa divarlarının altına çatıb. Türklər bizimlə qarşılaşmırlar, sadəcə toplarla, raketlərlə işləyirlər, gəlib ölmüş oğlanlarımızın mövqelərində otururlar. Mən bunu çaxnaşma yaratmaq üçün demirəm, ona görə deyirəm ki, indi bizim qoz-fındığa və şirniyyatlara deyil, köməyinizə ehtiyacımız var. Yoxsa Ermənistana biz qoşunlarla gələcəyik. Birləşmiş erməni xalqıyıqsa, kömək edin. Ya da deyin tək qalmışıq. Hava məkanını bağlamaq üçün müasir silahlara ehtiyacımız var. Bu sirr deyil, bütün Qarabağ bunu bilir, görür. Elə indi də, bu gün də başımıza göydən nə gəldi tökürlər, heç nə edə bilmirik...”

Erməni sosial şəbəkə istifadəçiləri isə dərhal Karapetyanın müraciətinin altından onu qınayan şərhlər yazmağa başlayıblar. Xatırladaq ki, bundan əvvəl qondarma rejimin rəhbəri Araik Arutyunyan da Şuşa kilsəsinə gələrək orada şam yandırmışdı, dua etmişdi və müraciətlə çıxış edərək Azərbaycan Ordusunun böyük qüvvə ilə Şuşanın 5 kilometrliyinə çatdığını bildirmişdi.//Virtualaz.org

 

 

 

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.