banner
banner

Gündəm

Bakıda 23 aptek bağlandı- ŞOK

Bakıda 23 aptek bağlandı-

Aprelin 13-dən başlayaraq respublikanın bir sıra rayonlarında, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən baytarlıq apteklərində baytarlıq nəzarətini həyata keçirmək məqsədilə monitorinqlərə başlanılıb. Tədbir Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 10 aprel 2015-ci il tarixli 37-EZ saylı əmrinə uyğun həyata keçirilir.
Dövlət Xidmətindən Cia.az-a verilən məlumata görə, monitorinqin keçrilməsində əsas məqsəd xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətini müvəqqəti dayandırmaq, apteklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışının qarşısının alınmasıdır.

Monitorinq başlayandan bu günə kimi, yəni aprelin 15-nə kimi Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə aparılan tədbir zamanı Ağcabədi rayonunda 13, Kürdəmir rayonunda 4, Bakı şəhərində isə 6 lisenziyasız fəaliyyət göstərən baytarlıq aptek aşkar edilib. Eləcə də bir sıra baytarlıq apteklərində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatları, yem və yem əlavələrinin satışının aparıldığı müəyyən edilib.

Lisenziyasız fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyəti müvəqqəti dayandırılıb. Qeyri-qanunu satışı aparılan dərman preparatları qanunvericiliyə uyğun olaraq akt əsasında zərərsizləşdirmək məqsədi ilə müsadirə olunub.

Monitorinqlərin mütəmadi aparılması nəzərdə tutulur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.