Avropadakı yazıçıdan sərt açıqlama: "Onlar üçün Qarabağ problemi həll edilən, vətəndaşları qürurlu Azərbaycan kabusdur"
İsveçrənin Sürix şəhərində yaşayan tanınmış yazıçı, AzLogos.eu saytının baş redaktoru Ələkbər Əliyev “Facebook” səhifəsində olduqca maraqlı fikirlər paylaşıb. Ə.Əliyev xaricdə yaşayan bəzi azərbaycanlı fəalların son günlərdəki davranışlarını, çıxışlarını tənqid edib, onları Vətən müharibəsi günlərində Azərbaycanın siyasi rəhbərliyinə qarşı qərəzli olmaqda, qrant nökərçiliyində ittiham edib. Yazar qeyd edib ki, karyerasını, həyat tərzini Prezident İlham Əliyevin üzərində quranlar var. Ə.Əliyev xüsusilə Arzu Qeybullayevanı qeyd edərək bildirib ki, bu tip adamlar status-kvo tərəfdarıdırlar. Onun sözlərinə görə, belələri korrupsiya olan, problemlər içində boğulan, vətəndaşları nifrət dolu Azərbaycan görmək istəyirlər:
"Onlar üçün yalnız bu variant məqbuldur. Korrupsiyasız, Qarabağ problemi həll olunmuş, vətəndaşları qürurlu, başçısı da İlham Əliyev olan bir Azərbaycan onların kabusudur. Fərqi yoxdur - istər hakimiyyətin dəyişməsi, istərsə də hakimiyyət-xalq birliyinin, dialoqunun yaranması, ya da bunun müzakirəsinin getməsi, birbaşa karyeraya, gəlirə, komforta təhlükədir deyə, kritik məqamlarda onları barrikadaların o biri tərəfində görürsünüz", - deyə baş redaktor vurğulayıb.
Ə.Əliyevin fikrincə, A. Qeybullayeva və Co heç nəyin dəyişməsini istəmirlər: "İstənilən dəyişiklik Cesikalardan, Robertlərdən gələn zənglərin, e-maillərin kəsilməsi; London, Brüssel, Vyana səfərlərinin olmaması, konfrans, kofe-breyk, qonorar, dollar, euro kimi ifadələrin leksikondan birdəfəlik silinməsi deməkdir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.