"CNN Türk"ün müxbiri: "Gəncə terroru zamanı soyuqqanlı olub, yayım edə bilmədim”
"Gəncə terrorunda o körpənin əlinə toxunduğum anı ömrüm boyunca unuda bilmərəm". Mu sözləri "CNN Türk"ün məşhur müxbiri Fulya Öztürk İctimai TV-yə açıqlamasında bildirib. Fulya Öztürk Gəncə terroru zamanı şahidi olduğu, yaşadığı anları bu cür təsvir edib: "Bir aydır ki, Azərbaycandayam və mənim üçün fərqli təcrübələr oldu. Gəncə terroru zamanı hadisə yerində müxbir kimi iştirak etmədim, bir insan kimi üsyan etdim. Çünki hücum vaxtı atılan raket mənim qaldığım otelin yaxınlığına düşmüşdü. Bu anı mən yaşadım. Biz o vahiməli səs ilə oyandıq. Ermənistanın qətliamçı ruhunu hiss edərək, oyandım.
Təsəvvür edin, hər yer qaranlıq, insanlar ağlayır, qadınlar üsyan edir. Orada soyuqqanlı dayanıb, yayım edə bilməzdim, zatən də edə bilmədim. Səsim titrədi, özümü ağlamaqdan güclə saxladım.
Qarşıma körpə uşaq çıxdı, onun əli, əlimə dəydi. Həmin an yaşadığım hisləri ömrüm boyu unuda bilməyəcəm.
Əslində, Gəncəyə qədər çox ağır məkanlardan reportajlar hazırladım. Məsələn, Suriyada və digər yerlərdə oldum. Amma bu, Ermənistanın etdiyi qətliam idi. Bunu hər kəsə bağıraraq demək istəyirəm. İşğalçı olmağı ilə bərabər, Ermənistan həm də qətliamçıdır. Bu gün və ya sabah mən burada ölə bilərəm, hər şey ola bilər. Çünki ermənilərin elə zehniyyəti var ki, onlar mülki əhalini hədəfə alırlar".
Xatırladaq ki, Fulya Öztürk Gəncə və Bərdə terroru zamanı operativ canlı yayımlarla reportajlar hazırlayıb, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.