İtaliya infeksiya ocaqlarında karantin tətbiq edəcək
İtaliya koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində infeksiya ocağına çevrilən regionlarda karantin tətbiq edəcəkdir.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Baş Naziri Cüzeppe Konte Parlamentin aşağı palatasındakı çıxışında hökumətin bir sıra məhdudlaşdırıcı tədbirləri barədə danışıb. O qeyd edib ki, bütün ölkə səviyyəsində karantinin tətbiqinin qarşısını almaq və ölkə iqtisadiyyatını qorumaq üçün regional səviyyədə məhdudiyyətlərin gücləndirilməsi vacibdir.
Baş Nazirin sözlərinə görə, yoluxmanın geniş yayıldığı regionlarda (hazırda Pyemont, Lombardiya və Toskana) karantin müddətində ticarət mərkəzləri həftə sonlarında bağlı olacaqlar. Ərzaq mağazaları, qəzet köşkləri və apteklərə bu qadağa şamil olunmayacaq. Eyni zamanda, muzey və sərgi salonları da həmin regionlarda fəaliyyət göstərməyəcək, eləcə də ictimai nəqliyyatda oturacaqların 50 faizi boş qalmalı olacaq.
Baş Nazir, həmçinin qeyd edib ki, virusa yoluxmuş şəxslərin xəstəliyi yaymaması üçün infeksiya ocağı olan regionlara giriş-çıxış məhdudiyyəti də tətbiq edilə bilər. O, dəqiq saatları qeyd etməsə də, axşamlar evdən çıxmağa da qadağanı istisna etməyib.
Qeyd edilməlidir ki, İtaliyada koronavirusa yoluxma sayı gündəlik 30 minə yaxınlaşıb. İndiyədək 709 min nəfərin koronavirusa yoluxduğu ölkədə bu virusla əlaqədar ölənlərin sayı 38.826 nəfərdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.