banner
banner

Gündəm

Dövlət Baxçalı: “Qarabağ Azərbaycandır, əmanətdir, əcdadın yadigarıdır” - VİDEO

Dövlət Baxçalı:

Qarabağ Azraycandır, əmanətdir, əcdadın yadigarıdır.

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı parlamentarilər qarşısında çıxış edərkən belə deyib.

O, Azərbaycanın haqlı mübarizəsində günbəgün nəticə aldığını deyərək, Dağlıq Qarabağın işğal zəncirindən sürətlə azad olduğunu qeyd edib.

MHP lideri çıxışı zamanı həmçinin, Ermənistanı terror dövləti adlandıraraq, onlar mülki vətəndaşlara kaset bombaları ilə hücum edərək qansız və qatil olduqlarını bir daha göstərdiklərini vurğulayıb.

“Ancaq nə etsələr boşunadır. Azərbaycan ordusu terrorçuları qaçdıqları yerə qədər qovacaq. Azərbaycan ordusu bütün cəbhə xəttində qəhrəmanlıq dastanı ilə zəfərə doğru gedir”, - deyə MHP lideri bildirib.

O həmçinin, Paşinyanın sonunun yaxınlaşdığını və aqibətinin də terrorçu yoldaşları ilə birlikdə eyni qaranlıq dəhlizdə olduğunu vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.