banner
banner

Gündəm

Ermənilərin qorxunc təxribatı: "Rus əsgərlərini öldürək, əldə sübut olsun"

Ermənilərin qorxunc təxribatı:

Ermənistan silahlı qüvvələri Rusiya bayraqlarını “toxunulmazlıq qalxanı” kimi istifadə edir ki, Azərbaycan Ordusu onları “əzməsin”.

Axar.az xəbər verir ki, bu barədə Vlad adlı hərbi-analitik Yutub kanalındakı videoda bildirilib.

“Laçının azad edilməsinin praktiki olaraq bir addımlığında olan Azərbaycan Silahlı Qüvvələrinin hücum cəbhəsini dəyişdirməsi çox maraqlı idi. Bir müddət sonra öyrənə bildik ki, həmin cəbhədə ermənilər Azərbaycan üçün “tələ” hazırlayıb. Daha doğrusu, erməni ordusu öz dövlət sərhədinə qədər geri çəkilərək, Azərbaycan Silahlı Qüvvələrini cavab addımlarına təhrik etməyə çalışıb ki, rəsmi İrəvanin əlində Ermənistan ərazisinə Putinin haqqında danışdığı “birbaşa hücumun sübutu” olsun”.

Azərbaycan tərəfi, ermənilərin bu növbəti təxribatına uymamaqla doğru iş gördü.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri sərhədlərinə çəkilən zaman rus hərbçilərinin xidmət keçdiyi sərhəd zastavasına yaxınlaşırdı. Azərbaycan tərəfinin bir gülləsi belə bu hərbi hissəyə düşsəydi, Paşinyan “Bakı Rusiya bayrağına məhəl qoymur”, “Azərbaycan Silahlı Qüvvələri rus əsgərlərinə atəş açır” və s. deyə çığır-bağır salardı”, - ekspert deyib.

Mütəxəssis başqa bir erməni təxribatının yaranma riskinin olduğunu da vurğulayıb:

“Ermənilər özləri bu rus sərhədçilərini öldürüb, rəsmi Kremlə “Azərbaycan təcavüzü” kimi təqdim edə bilərlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.