Son bir ildə ölkə mediasında ən çox müzakirə olunan təhsil ocağı Azərbaycan Müəllimlər İnstitutudu desək, yəqin ki yanılmarıq. AMİ-nin Qazax, Gəncə, Salyan və Mingəçevir filiallarında baş verən müdhiş olaylar,cinayət ittihamları və bütün bunların fonunda kadr dəyişiklikləri, o cümlədən Təhsil nazirinin qərarı ilə filialların bağlanması bunun əyani sübutudur.Amma kölgədə qalan,əslində isə adıçəkilən filiallardan əməllərinə görə heç də geri qalmayan (bəlkə də irəliyə gedən ) başqa bir təhsil müəssisəsi də var. AMİ-nin Cəlilabad filialı...
Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikası prezidentinin təhsil sisteminin təkmilləşdirilməsi haqqında 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanına əsasən yaradılmışdır.
Filiala dosent Xudayar Sultanlı rəhbərlik edir. Filialda 3 ixtisası əhatə edən 1 fakültə fəaliyyət göstərir. Amma rüşvət əsasında fəaliyyət göstərir.
İnstitutda nə baş verir?
Bir müddət öncə Təhsil Nazirliyi məhz AMİ-nin filiallarında tüğyan edən rüşvətxorluq üçün hərəkətə keçdi.
Orada çalışan müəllimlər eləcədə tələbələr zənn edirdilər ki, həmin prosesdən sonra ali məktəbin rektorunun rüşvətə son veriləcək. Xudayar Sultanın mövcud vəziyyətin aradan qaldırılması, uiversitetdə sağlam mühitin bərqərar olmasını fikirləşənlər də az deyildi. Amma aldığımız məlumatlar bunların tam əksini deyir. Beləki, İnstitutdan verilən məlumata görə, dövlətin müəssisəsini öz şəxsi maraqları üçün istifadə edən Xudayar Sultan universitetdəki özbaşınalığı son dövrlər daha dözülməz həddə çatıb. Ali təhsil müəssisəsinin tələbə, müəllim və professor heyəti bütün bu özbaşınalıqlara əlaqədar qurumlar tərəfindən nə vaxt son qoyulacağını səbirsizliklə gözləyirlər. Çünki rektorun özbaşınalıqları, universitetdə baş alıb gedən qanunsuzluqlar bir deyil, heç beş də deyil….
20 minlik dekan, 15 minlik kafedra müdiri, 5 minlik müəllim…
Əslində korrupsiya elementləri bütün ali məktəblərdə mövcuddur. Fərq etməz az və ya çox. Amma AMİ-nin Cəlilabad filialında rüşvətxorluq elə geniş şəkildə kök atıb ki, bunun üzərində xüsusi olaraq dayanmağa zərurət var. Artıq tələbələr arasında deyim yaranıb ki, bu təhsil ocağında manatın varsa, hər şeyə nail ola bilərsən. Tələbələri qınamağa dəyməz. çünki burada vəziyyət həqiqətən də bərbaddır. Iş o yerə çatıb ki, burada 20 min dollara dekan, 10-50 min dollara kafedra müdiri işləmək olar. Universitetdə müəllim düzəlmək üçün 2000-5000 dollar, laborant düzəlmək üçün 1000-2000 dollarından keçməlisən. AMİ-nin Cəlilabad filialı yeganə təhsil müəssisəsidir ki, dekan və onların müavinləri semestr imtahanlarında pulu açıq şəkildə yığır. Bu baxımdan rektorun sağ qolu sayılan Əvəz müəllim öz fəallığı ilə seçilir. Tələbə oxudu-oxumadı, dəxli yoxdur. Hamıdan rüşvət tələb edir. Imtahanlarda müəllimlərin bütün səlahiyyətləri əllərindən alınıb. Məlumatlı mənbə bildirir ki, burada rüşvət adi hala çevrilib: “Semestr imtahanlarında rektora hökmən fakültə üzrə hər tələbəyə görə 100 manat pul verilməlidir. Əgər tarix fakültəsində 100-150 tələbə oxuyursa, onda söhbətsiz-filansız 10-15 min manat rektorun stolunun üstünə qoyulmalıdır. Ədəbiyyat fənnindən imtahan üçün hər tələbədən 50 manat pul yığılır və açıq şəkildə tələbəyə bildirilir ki, bu pulun yarısı şəxsən rektora çatdırılır”.
Xudayar Sultanlının “Sultanlığı”
Bundan əlavə bakalavrların pedaqoji təcrübəsindən qazanılan “gəlirlərin” 200 manatı da rektorundur. Buraxılış işinə görə (diplom müdafiəsi) hər tələbədən alınan pulun 50 faizi yenə Xudayar müəllimə çatdırılır. Burada elmi dərəcəsi olmayanlar rüşvət verməklə dekan müavini təyin edilib. Bu ali təhsil ocağında elmi-tədqiqat qurğuları olmaya-olmaya 5-7 min dollara dissertasiya işləri ortaya çıxarılır. Universitetdə saat hesabı pulların yeyintisi də kütləvi hal alıb. Təmir adı ilə külli-miqdarda vəsait mənimsənilib.
Müəmmalı göndərişlər
Məqbul cədvəlləri dekanların təzyiqləri altında doldurulur. Universitetdə baş verən özbaşınalıqlara etiraz edən əməkdaşlar ciddi cəzalara məruz qalırlar. Ən maraqlısı odur ki, Tələbə Qəbulu Üzrə Düvlət Komissiyasının xəbəri olmadan buraya birbaşa 2-ci kursa tələbə qəbulu aparılıb. Rusiya və Dağıstan ali məktəblərindən küçürmə yolu ilə universitetə qəbul olunan tələbələr əslində heç köçürüldükləri ali məktəblilər adlarını belə bilmirlər.
Qeyd edək ki, Müəllimlər İnstitunun Cəlilabad filialı müxtəlif dövrlədrdə saxta diplomların verilməsi və ciddi korrupsiya faktları ilə mətbuatın və ictimaiyyətin diqqətini cəlb edib. Amma bu qalmaqallı korrupsiya faktlarının qarşısının alınması məqsədi ilə heç bir tədbir görülməyib. Bundan başqa yaxın rayonlardan olan tələbələrin bir hissəsi aylığa çıxarılıb və onlar təhsil ocağına bir neçə aydan bir gəlib baş çəkirlər. Buna görə isə tələbələr illik 2000-2500 manat ödəyirlər və bu məbləğin üçdə iki hissəsinin Sultanlıya çatdırıldığı iddia olunur.
Xudayar Sultanlıya dəfələrlə zəng etsək də, cavab vermədi. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Mövzunu davam etdirəcəyik!
Cia.az


