banner
banner

Gündəm

Məşhur fotoqraf: “Ermənilər füzuliləri ayaqyalın çıxmağa məcbur etmişdilər, indi özləri paltarlarını qoyub qaçıblar”

Məşhur fotoqraf:

Dünyaca məşhur fotoqraf, “National Geographic” jurnalının fotojurnalisti Reza Deqati bu dəfə erməni işğalından azad edilən Füzuli rayonuna səfər edib. 

Musavat.com bildirir ki, fotoqraf öz “İnstagram” hesabında rayonun xarabaya çevrilmiş mənzərələrini paylaşaraq qeyd edib:

“İşğaldan yeni azad edilmiş Füzuliyə daxil olanda kabus şəhər görərək şok oldum. Minlərlə insanın yaşadığı bu yer tamamilə boş idi. Təbiət öz hökmranlığını bərpa etmişdi”.

Reza Deqati 90-cı illərdə Füzulidən olan məcburi köçkünlərlə tanış olmasından da söz açıb:

“90-cı illərdə Qarabağda fəal hərbi əməliyyatlar başa çatdıqdan sonra mən Füzulidən olan məcburi köçkünlərlə tanış oldum. Onların öz evlərini və torpaqlarını tərk etməli olduqları haqda xatirələrini heç vaxt unutmayacam. Ermənistan ordusu hücum edən zaman onların əksəriyyəti özləri ilə apara biləcəkləri az sayda əşya ilə avtobuslara üz tutmuşdular. Şəhərin çıxışında onlar erməni əsgərləri tərəfindən dayandırılıb, avtobusdan çıxmağa məbur ediliblər. Onların şəxsi əşyaları talan edilib, qadınlara hücum çəkilib, onların zinət əşyaları götürülb, cibləri boşaldılıb, bu vəhşiliyə etiraz edən kişilər öldürülüb. Bundan sonra erməni əsgərləri hamını ayaqqabılarını çıxarmağa məcbur edib, havaya güllə açaraq, onlara ayaqyalın qaçmağa məcbur ediblər”.

Fotoqraf illərlə tərk edilmiş avtobus və ermənilərin qoyub qaçdıqları paltarları paylaşaraq qeyd edib:

“Bu tərk edilmiş avtobus o xatirələri yenidən canlandırdı. Bu gün, demək olar ki, eyni yerdə məni həmin xatirələr yenidən düşünməyə vadar edən avtobusları görürəm. Sonra isə mən yerdə erməni əsgərlərinin ayaqqabı və paltarlarını gördüm. Böyük ehtimalla onlar qaçarkən bunları burada qoyublar. Bu, tarixin verdiyi dərsdir – sənə qarşı edilməsini istəmədiyin heç nəyi başqasına qarşı etmə”.

Fotoqraf Füzulinin indi kabus şəhərinə çevrildiyini qeyd edib:

“Füzuli, çiçəklənən və həyat dolu bir şəhər idi, indi isə təbiətin hər şeyi geri aldığı kabus şəhərinə çevrilib”.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.