Bakı Sosial Pedaqoji Kollecində qəribə hadisə baş verib.
Məlumata görə, şöbə müdirlərindən biri tələbələri müəllimlər otağını təmizləməyə cəlb edib. Hadisə də bu vaxt baş verib. Müəllimlər otağındakı şkaf aşaraq tələbələrin üzərinə yıxılıb. Tələbələrdən bir neçəsi ciddi xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardımın əməkdaşları gəlib.
Hadisə ilə bağlı cinayət işi açılacağı gözlənilir(Moderator.az).
Yayılan bu xəbərlə bağlı Mia.az-a verilən məlumatda da həqiqətən də belə bir hadisə yaşandığı iddia olunub. Hətta tələbələrdən biri kollecin adı ilə açılan "Facebook"dakı səhifəyə diqqət yetirməyi məsləhət bilib. Həmin səhifədən yazılanlardan isə aydın olur ki, qəza nəticəsində 2 qız tələbə də ağır xəsarət alıb.
***
Tələbələrin Mia.az-a verdiyi məlumata görə, qəzada yaralananlar 2 deyil, 3 nəfər ağır yaralı var. Həmin tələbələr isə 366-cı qrupun tələbələri olublar: "Qızlardan birinin ayağının qırılıdığı, digərinin çiyindən yaralandığı, daha bir qız tələbənin isə sifət nahiyyəsində xəsarətlər olub. Yüngül yaralananlar da var"
Onu da qeyd edək ki, yazıya əlavə edilən foto hadisə yerində çəkilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.