“Rusiya başa düşməlidir ki, artıq o, superdövlət deyil”.
Bu barədə Axar.az-a açıqlamasında Rusiyanın İrana qarşı silah qadağasını ləğv etməsinin ardından İsrailin Ukrayna və Gürcüstana silah satmasını şərh edən politoloq Vəfa Quluzadə bildirib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Rusiya artıq təzyiqdən qorxmayan ölkə deyil:
“Rusiya həqiqətdə indi hər bir təzyiqdən və başqa dövlətlərin mövqelərindən asılı olan ölkədir. Baxın, Qərblə əlaqələr korlandıqdan və sanksiyalar ortalığa çıxdıqdan sonra Rusiyada iqtisadi vəziyyət, inkişaf olduqca pisləşdi. İndi Rusiya zenit-raket komplekslərini İrana satanda anlamalıdır ki, İsrail, ABŞ və onun NATO-dakı bütün müttəfiqləri bundan narahat olacaq. Həmin ölkələr bunun əvəzində Rusiyaya müxtəlif cəzalar verə bilər. İsrail Rusiyanın harada zəif nöqtəsi varsa, onu vura bilər, özü də qorxmadan. İsrail ABŞ-ın ən önəmli müttəfiqidir və Rusiyadan heç bir qorxusu yoxdur. Ancaq Rusiyanın ABŞ, Almaniya və başqa dövlətlərdən asılılığı var. Ona görə də bu məsələdə hesab edirəm ki, Kreml vaxtilə ilə doğru addım ataraq özünü Qərbin zərbələrinə məruz qoymadı. Baxmayaraq ki, Moskvanın hüquqi baxımdan istər Tehrana, istərsə də husilərə silah satmağa tam haqqı çatırdı. Ancaq bütün bunlara rəğmən, Rusiya indi İrana silah satmağa qərar verib. Ona görə də Moskva gərək bunun nəticələrini və aqibətini öncədən bilsin və hesablasın”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.