"Aprel ayının sonu, mayın əvvəlindən qeyri-qanuni taksiçiliklə məşğul olan sürücülərə qarşı "hücum" başlayacaq." Cia.az-in məlumatına görə, bu sözləri ANS TV-nin efirində yayımlanan "Günə Baxan" verilişində Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib. Nazirlik rəsmisi bəzi mərkəzi küçələrdə sıxlığın avtobus dayanacaqlarında taksilərin saxlanması ilə izah edib. "Buradan yolu nəzərdə tutmayan yerdən keçən piyada və avtomobillərini dayanacaqlarda saxlayan taksi sürücülərinə bir daha müraciət edirik ki, buna son qoysunlar. Bu cür hallara ilk növbədə ictimai qınaqla son qoymaq olar", - deyə Namiq Həsənov bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.