Balaxanıda işdən qovulan icra nümayəndəsi azadlığından da ola bilər.
Tia.az-a daxil olan məlumata görə, paytaxtın Balaxanı qəsəbəsinin icra nümayəndəsi Fərhad Qurbanov vəzifəsindən qovulub və Korrupiyaya Qarşı Mübarizə İdarəsi ondan şikayətləri araşdırır. Ona cinayət işi açılacağı da istisna deyil. Sabiq icra nümayəndəsi vətəndaşa aid torpaq sahəsini başqasına satmaqda ittiham olunur. Qurbanovun yerinə müavini olmuş Bəybala Əliyev gətirilib. Onun kənd camaatı arasında nüfuzlu biri olduğu bildirilir. Sabunçu rayon icra başçısı Adil Vəliyev icra nümayəndəliyini B.Əliyevə tapşırıb. Əvvəlki icra nümayəndəsindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə olunan şikayət əsasında F.Qurbanov işindən uzaqlaşdırılıb. Qeyd edək ki, bir neçə ay əvvəl Sabunçunun icra başçısı Adil Vəliyev Balaxanı sakinləri ilə görüş zamanı qəsəbənin icra nümayəndəsi Fərhad Qurbanovu vəzifəsindən bir ay müddətinə uzaqlaşdırmışdı. Buna səbəb başçı ilə görüşdə Fərhad Qurbanovun rüşvət alması ilə bağlı sakinlərin şikayət etməsi olmuşdu. Lakin fakt təsdiqini tapmadığından icra nümayəndəsi yenidən vəzifəsinə bərpa edilmişdi.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.