Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib.
Virtualaz.org bildirir ki, bu barədə ölkənin Daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, ən təhlükəli terrorçular sırasında axtarışda olan İsmail Sürgeç uzun illər “Yılmaz” ləqəbi ilə PKK sıralarında fəaliyyət göstərib və bu terror təşkilatının aparıcı şəxslərindən olub.
İsmail Sürgeç bir sıra ağır terror aktları törətməkdə ittiham olunurdu.


