“Əcəb edirik, buralar bizimdir“ - Xaləddin İsgəndərovun adamları
Bu gün facebook sosial şəbəkəsinin Sancaq səhifəsində Binəqədi rayonunda baş verən özbaşınalıqlardan bəhs edilən statusa rast gəldik
Bir sözlə məmurların vətəndaşları aldadaraq ağacları necə kəsməsindən, icra başçısının adamlarının sakinlərə qarşı kobudluğundan bəhs edən yazıya biganə qala bilmədik.
PİA.AZ həmin statusu oxuculara olduğu kimi təqdim edir:
Bu harınlanmış məmurlar kim necə, harda istəyir onu da eləyirlər. Əvvəl büdcədən pulları götürüb yeni parklar saldırırlar. İllər keçir bu parkda olan ağacların yarısını kəsib doğrayır yerində isə özlərinə ev, bina tikdirirlər.
Bu da həmin ərazilərdən biridir. Binəqədidə 6-cı mkr-da vətəndaşlar üçün nəzərdə tutulan parkdır. İlk oncә vәtәndaşlara yalan deyiblәr, ağacları kəsib doğruyanda deyiblәr ki, burada guya fontan tikәcәklәr, ağacları kәsib doğradılar parkın yarısını zəbt edib ev tikdirirlər. Vətəndaşlar gəlib soruşanda kim sizə icazə verib burda nəsə eləməyə, durub cavab qaytarırlar ki, "əcəb edirik, buralar bizimdir nə istəyirik onu da edirik. İcra hakimiyyәti bizlikdir".
Torpağların yarısını ermənilər zəbt edib, indidə qalan torpaqları isə bu icra başçıları, məmurlar zəbt edir!
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.