banner
banner

Dünya

Paşinyanın sərsəm açıqlaması istefalara səbəb oldu

Paşinyanın sərsəm açıqlaması istefalara səbəb oldu

Ermənistanda baş nazir Nikol Paşinyanın açıqlamasından sonra ardıcılı istefa xəbərləri gəlib.

Oxu.Az xəbər verir ki, artıq üç deputat Paşinyanın “Mənim addımım” partiyasından istefa verdiklərini açıqlayıb.

Məlumatlara görə, Qayane Abrahamyan, Taquhi Tovmasyan və Lusine Badalyan şəxsi “Facebook” hesablarında bununla bağlı paylaşımlar ediblər.

Taquhi Tovmasyanın sözlərinə görə, Paşinyanın komandası dialoq yolu ilə gərginliyi yumşaltmaq əvəzinə səhv ardınca səhv edir.

Bundan başqa Ermənistan baş nazirinin müavini aparat rəhbəri Varaq Siseryan da sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.