banner
banner

Gündəm

44 günlük müharibə: media da bu savaşda qalibdir

44 günlük müharibə: media da bu savaşda qalibdir

Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən, ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə media da informasiya savaşında öndə oldu. Müharibə dönəmində bəlkə də ən çətin iş elə medianın üzərinə düşdü. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, sosial mediada təxribatların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin işini danmaq olmaz. Bəs görəsən, mediamiz bu dönəmdə bütün sınaqlardan çıxa bildimi, bu işin öhdəsindən layiqincə gələ bildimi?

Deputat Aqil Abbas bildirdi ki, media müharibə dövründə işinin öhdəsindən gəldi: “Elə ”Yeni Müsavat" qəzeti, “525-ci qəzet”, “Şərq”, “İki sahil”, “Ədalət” də daxil olmaqla, əksər qəzetlər çox yaxşı çalışdılar. Agentliklər də - “Trend”, APA yaxşı çalışdı. İnsanlara, ordumuza ruh verməyə bütün güclərini qoydular. Televiziyalar da yaxşı çalışdı. Görünməmiş dərəcədə qısa müddətdə xeyli sayda gözəl kliplər, sənədli filmlər çəkildi".

Onlar oğlanlarıma ölüm arzulayır” – Aqil Abbas (Müsahibə)

Aqil Abbas: “İnsanlara, ordumuza ruh verməyə bütün güclərini qoydular”

A.Abbas onu da əlavə edib ki, sosial şəbəkələrdə də mediamız aktiv oldu: “Feysbukda da ermənilərin cavablarını çox gözəl verdilər. Paşinyan bir söz yazan kimi bizimkilər şərh yazırdı, ermənilərin hamısını yerində oturdurdular. Medianın belə fəal olacağını, düzü, gözləmirdim. Media da ordumuz kimi birləşdi. Təbii ki, burada söhbət əsl jurnalistlərdən, xalqın arasında hörməti olan mətbuatdan gedir. Biz media olaraq əsgər kimi döyüşdük. Onu da qeyd edim ki, hər kəs, hətta əsgərlərimiz belə efirlərə, çıxışlara baxırlar, ona görə bundan sonra da təbliğatı bu istiqamətdə davam etdirmək lazımdır”. 

Fazil Mustafa: “Rus dili tədrisini özəl sektora buraxmaq lazımdır”


Fazil Mustafa: “Bütövlükdə media həm dövlətə, həm də orduya dəstək verdi”

Deputat Fazil Mustafa dedi ki, medianın fəaliyyətinin  ayrı-ayrı istiqamətləri qeyd olunmalıdır: “Məsələn, ”Haqqın. az" saytının rusdilli auditoriya üçün   fəaliyyətini xüsusi qeyd etmək lazımdır. “Yeni Müsavat”ın geniş fəaliyyətini xüsusi qeyd etməliyik. “Modern.az”, “Moderator.az”, “Teleqraf.com” saytlarını, APA agentliyinin daha çox effektli fəaliyyətinin qeyd olunması vacibdir. AzTV-dən tutmuş Real TV-yə qədər digər televiziyalar da cəmiyyəti bu istiqamətdə dolğun informasiya ilə təmin etdilər. Bir az internet məkanının məhdud olması sosial şəbəkələrin bu işdə effektini aşağı saldı. Televiziyalar daha çox önə çıxmağa başladılar. Amma bütövlükdə media həm dövlətə, həm də orduya dəstək verdi. Bu dəstək çox əhəmiyyətlidir, proseslərin sağlam trayektoriya üzrə getməsinə şərait yaratdı. Azərbaycanda media, siyasi həmrəylikdən başlayan yol digər sahələrə də öz təsirini göstərdi. Hətta deyək ki, müxalif partiyaların birlik modeli nümayiş etdirməsi də müəyyən dərəcədə medianın yönləndirməsindən irəli gələn bir hal idi. Çünki kimsə qınağa gəlmək istəmədi. Səmimi, qeyri-səmimi olanlar bu prosesdə vahid mövqedən çıxış etdilər".   

Əflatun Amaşov hər zaman jurnalistləri qoruyub - Hürriyyət

Əflatun Amaşov

Mətbuat Şurasının sədri Əflatun Amaşov da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu. Media monolit komanda kimi prosesdə aktiv iştirak etdi. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Onu da vurğulamaq lazımdır ki, medianın müharibə dövründəki fəaliyyətini ayrılıqda götürmək düzgün olmaz. Cəbhəyə doğru böyük axın var idi. Əsgərə, hərbçilərimizə dəstək axını. Hər kəs hansısa formada orduya kömək göstərməyə çalışdı və bunu etdi. Jurnalistlər xalqın bu monolitliyini istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə göstərdilər, məsələni peşəkarlıqla işıqlandırdılar. Qələbəmizdə həmrəyliyimiz başlıca rol oynadı. Söhbət xalq-hakimiyyət, xalq-ordu həmrəyliyindən gedir. Media isə hər iki qütblə həmrəy oldu. Cəmiyyətdə olan ruh yüksəkliyi ayrı-ayrı KİV-in də fəaliyyət ovqatına təsirsiz ötüşmədi. Eyni zamanda o da bildirilməlidir ki, media özü ovqat və ruh yüksəkliyi formalaşdırdı, onu daha da artırdı, sabit saxlanması və qorunması naminə əlindən gələni etdi”.

Ə.Amaşovın sözlərinə görə, 44 günlük müharibə onu göstərdi ki, hərbi jurnalistika məsələlərinə ciddi önəm verilməlidir: “Yalnız praktik biliklərlə, vərdişlərlə kifayətlənmək yetərsizdir. İşin nəzəri və fundamental aspektləri də mütləq şəkildə nəzərə alınmalıdır. Qarşıdakı müddətdə məsələyə məhz bu baxımdan yanaşmaq şərtdir. Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı. Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi. Ümumən ölkə KİV-i mövzuya yanaşmada xeyli dərəcədə ciddi oldu. Xaricdən bütün bunları görür və dəyərləndirirlər. Nəticə budur - müharibə dövründəki fəaliyyət Azərbaycan jurnalistikasına bəlli imic, müsbət reputasiya qazandırdı. Bu isə perspektiv beynəlxalq əməkdaşlıq məsələləri baxımından vacib göstəricidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.