banner
banner

Gündəm

Koronavirus təhlükəsi genişlənir: hansı tədbirlər görülməlidir?

Koronavirus təhlükəsi genişlənir:

Dünyada və Azərbaycanda yeni antirekordlar müşahidə edilir; professor: “İnsanları evə qapatmaqdansa, təbliğat işini gücləndirmək lazımdır”

Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir. Artıq günlük yoluxmada 2 mindən yuxarı say görürük və bu, ciddi təhlükə hesab edilir.

Çox təəssüf ki, hazırda bu virusa yoluxanların arasında ölüm halları da artmaqdadır. Həkimlər bildirirlər ki, vəfat edənlərin əksəriyyəti əsasən, yanaşı xəstəliyi olan və xəstəliyin ağır səviyyəsində xəstəxanaya gətirilənlərdir.

Payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVİD-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi.  Dünyada da artım tempi indiyədək qeydə alınan statistikaya görə ən yüksəkdir. Belə ki, hazırda dünyada 56 milyon 16 min 137 nəfər koronavirusa yoluxub. İndiyə qədər ölənlərin sayı isə 1 milyon 345 min 70 nəfərdir.

Hazırda bir gündə 450 mindən çox insan koronavirusa yoluxur. Ümumi ölənlər isə 10 min nəfərdən çoxdur.

Məlumat üçün bildirək ki, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, onkoloji xəstəliklər, mədə-bağırsaq xəstəlikləri olan insanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər. Ona görə də bu cür xəstəlikləri olan şəxslər risk qrupuna aid edilir.

COVİD-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Yeni növ koronavirusa yoluxanların 80%-də nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir.

Dünyada koronavirus (COVİD-19) yayılandan bəri onun 500-dək müxtəlif mutasiya növləri aşkar edilib.

Geneticist Albert Rizvanov about COVID-2019 — RealnoeVremya.com

Albert Rizvanov

APA TASS-a istinadən bildirib ki, bu barədə Kazan Federal Universitetinin Dəqiq və Yeniləyici Tibb Araşdırma Klinik Mərkəzinin direktoru Albert Rizvanov açıqlamasında bildirib.

Koronavirus əleyhinə peyvənd üzərində işləyən tədqiqat qrupuna rəhbərlik edən A.Rizvanov qeyd edib ki, virusun mutasiyası normal bir təzahürdür: “Bütün canlı orqanizmlər kimi bu virus inkişaf edir. Viruslar çox ibtidai bir genetik mexanizmə sahib olduqları üçün xüsusilə sürətlə mutasiyaya uğrayırlar”. 

Anna Popova: “Coronavirus infection rate in Russia is not so high”

Anna Popova

İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına dair Federal Müşahidə Xidmətinin rəhbəri Anna Popova isə Sibirdə yayılan sözügedən virusun mutasiyası barədə danışarkən bildirib ki, proses nəticəsində COVİD-19 daha təhlükəli növlərdə özünü büruzə verir.

Alimlərin qənaətinə görə, hətta bir şəxsin orqanizmində virusun çoxsaylı mutant variantları mövcud ola bilər.

Azərbaycanda noyabrın 18-də koronavirus (COVİD-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 25 nəfər vəfat edib.

Ölkədə ən çox yoluxma Bakının payına düşür -53.5 faiz.  Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.7 faiz təşkil edir.

Həkimlər bildirirlər ki, virusun yayılması soyuq temperaturda və rütubətin az olduğu məkanlarda daha sürətli olur. Ona görə də tövsiyə edilir ki, qapalı məkanlarda otağın havası tez-tez dəyişdirilsin.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı  dəqiq vaxtı açıqladı

Adil Qeybulla

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, bütün dünya üzrə hazırda artım tendensiyası müşahidə edilir:

“Hazırda dünya ölkələrində pik hədd müşahidə edilir. Buna görə də bir çox ölkələr karantin rejimini sərtləşdiriblər. Düşünürəm ki, 10 gün ərzində dünyada yoluxma sayı aşağı düşəcək. Lakin koronavirusa yoluxmanın tamamilə dayanması yaxın günlər üçün mümkün deyil.   Hazırda vaksinlə bağlı xəbərlər yayılır. Lakin bu illüziyaya da inanmaq lazım deyil. Qripin 2 mindən çox ştamı var və ona bu il hazırlanan vaksin, gələn il yaramır. Koronavirus da elədir.  Hazırkı vaksinlər son dərəcə mürəkkəb üsullarla alınmalıdır. Xarici şirkətlər də deyirlər ki, hazırladıqları vaksin problemi tam aradan qaldırmayacaq”.

A.Qeybulla hesab edir ki, Azərbaycanda “SMS icazə” sistemini bərpa etmək indiki hal üçün uyğun deyil.  Çünki insanlar evdə qalmaq məsələsindən yorulublar: “Müharibə ab-havası da insanlarda gərginlik yaradıb. Ona görə də hesab edirəm ki, evə qapatmaqdansa, təbliğat işini gücləndirmək lazımdır. Bununla uğura nail ola bilərik.  İnsanlar özləri də bir-birilərinə nəzarət etməlidirlər. Yəni ictimai nəzarət də burada əsasdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.