banner
banner

Sosİal

Nazir oğlunun adı qətldə hallandı - Şok iddia

Nazir oğlunun adı qətldə hallandı

"Azadlıq" qəzeti Türkiyənin "Hürriyət" qəzetinə istinadən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adının dəhşətli cinayətdə hallanması ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata görə 2013-cü ilin may ayının 14- də bir nəfərin silahla yaralanması olayı Türkiyədəki "Hürriyyət" qəzetinin səhifələrinə düşüb. Hadisə adi kriminal olmaqdan çıxıb. Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub. Bu silahlı münaqişə isə Anar Məmmədovun cangüdənləri arasında olub.

Hadisə ötən il, mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verib. "Hürriyət" qəzeti yazır ki, bu qanlı hadisə Ziya Məmmədovun oğlu Azərbaycan-Amerika Alyansının prezidenti, Garant Holdingin prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüddə olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında olub. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.