banner
banner

Gündəm

BAYRAĞI UCA DAĞLAROĞLU- Qənirə Paşayevanın qəhrəman şəhidimiz Pərviz Məmmədovla bağlı yazısı

BAYRAĞI UCA DAĞLAROĞLU-

Pərviz Ələddin oğlu Məmmədov – Həmişə ön cəbhələrdə xidmət etmiş şanlı Azərbaycan zabiti!
Azərbaycan Böyük Vətən Müharibəsinin qəhrəman şəhidi!
Pərviz 1989-cu ildə Tovuzun Çesməli elinin Məşədivəlilər kəndində doğulub. Orta təhsilini paytaxt Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbə 288 saylı orta məktəbində alıb (1995 – 2006). Orta təhsilini başa vurduğu il, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi alıb.

Gənc zabit həqiqi hərbi xidmətə ön cəbhədən – Murovdağ zirvəsindən başlayıb. Dağlaroğlunun dağlar başındakı xidməti diqqətəlayiq olub, nümunəvi xidmət görə, 24 iyun 2013-cü ildə Azərbaycan Prezidenti adından, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edilib. Yubiley medalı ilə təltif olunduğu il, baş leytenant hərbi rütbəsi də alan Pərviz, öz peşəkar hərbi xidmətini bölük komandiri olaraq davam etdirib.

Gənc zabit sonrakı illərdə Tovuz rayonunun ön cəbhədə yerləşən Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində xidmət edib. 2017-ci ildə kapitan hərbi rütbəsi alaraq, Qazax rayonunun ön cəbhədə yerləşən bir neçə kəndində xidmət edib.

26 iyul 2018-ci ildə Azərbaycan Prezidenti adından ikinci dəfə təltif olunan Pərviz, bu dəfə, “Azərbaycan Ordusu– 100 (1918-2018)” yubiley medalına layiq görülüb.

2019-cu ildə Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissənin ön cəbhəsində xidmətini davam etdirən kapitan Pərviz Məmmədov yenə öz nümunəvi davranışı, zabit şərəf və məsuliyyətinə uyğun qüsursuz xidməti ilə seçilib. Xidmət etdiyi illərdə yuxarı komandanlıq tərəfindən “Təşəkkürnamə”lər alıb.

27 sentyabr 2020-ci ildə Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca, Pərviz də könüllü olaraq, əks-hücum əməliyyatlarına qoşulub. Döyüş yoldaşları və komandirləri onun, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhid olduğunu deyir.

Kapitan Məmmədovun – bu, fədakar Vətən oğlunun Qarabağ üçün, Zəfər üçün döyünən ürəyi, əsgərləri üçün yanar ürəyi… son dəfə 30 sentyabr 2020-ci ildə vurub… - O, böyük əzm və iradə ilə atıldığı Vətən Müharibəsinin ilk üçüncü günündə Şəhidlik zirvəsinə ucalıb.

Şəhid kapitanımız evliydi, bir övladı yadigar qalıb. O yadigar körpənin atasının adına layiq övlad kimi böyüyəcəyinə inanırıq. İnanırıq ki, şəhid zabitimizin övladı həmişə xalqın sevgisi, dövlətin qayğısı ilə əhatə olunacaq. Onun üçün ən böyük adı isə atası qazanıb:

Şəhid Övladı!
Əziz Şəhidimiz Pərviz Məmmədov!
Dəyərli Vətən oğlu!

Bizi eşitdiyinə inanıram – çünki şəhidlərin ölümsüzlüyünə, ruhun əbədiliyinə inanıram və sənə səslənirəm: Mənsub olduğun Ordu döyüşlərdə zəfər qazandı! Sağ qalan hər döyüşçü siz şəhidlərin də əvəzinə döyüşdü, sizin arzuları irəli apardı, sizin öpdüyünüz bayrağı Şuşada dalğalandırdı!
Sən həmişə ön cəbhələrdə xidmət etmisən; adında həmişə ön sırada çəkiləcək! Heç vaxt unudulmayacaqsan!

“Şəhidimin son örtüsü” olan müqəddəs bayrağımız Qarabağ göylərində, şəhidlərin məzarı başında da əbədi dalağalanacaq!

Bayrağımız uca olsun!

Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

1586078122_qenire-pashayeva.jpg (629 KB)




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.